() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Yabanı halda Şərqi və Cənubi Qafqazda yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 1–3 m-ə çatan koldur. Yarpaqları 5-7 sm uzunluğunda, 4-5 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları dəyirmi və enli, tərs-yumurtavaridir. Qaidəsi pazvari, çılpaq, uzunluğu 15–20 mm, eni 11–13 mm-ə yaxındır. Göyümsov, yaşıldır. May-iyun aylarında çiçəkləyir. Hər salxımda 2-4 ədəd çiçək yerləşir. Kasa yarpaqları enli, zəngvari, iti dişicikli, borucuqdan 3-4 dəfə qısadır. Tacı narıncı, 20 mm-ə qədər uzunluqdadır. Kürəkləri qayıqcıqdan qısa, oraqvaridir. Meyvəsi paxlaşəkilli, şişkin, nazik divarlı, uzunluğu 4-5 sm, eni 2 sm-ə qədərdir. Qısa saplaqlı olub, çılpaq, bənövşəyi rəngdədir, avqust ayında yetişir. Yetişdikdə uc hissədən açılandır.
Ekologiyası Quraqlığa davamlı, işıqsevən, torpağa az tələbkar, dekorativ koldur.
Azərbaycanda yayılması Böyük və Kiçik Qafqazın aşağı və orta dağ qurşaqlarında, daşlı yamaclarda, seyrək meşəliklərdə təsadüf edilir.
İstifadəsi Park və bağlarda qrup əkinlərində istifadəsi məqsədyönlüdür.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Filip Miller tərəfindən adlandırılmış taksonlar