Yaponpərəstlik (, shinnichi) — yapon mədəniyyətinə, adamlarına və ya tarihinə ehtiram və sevgi.
Tarix
XVIII və XIX əsrlər
Yaponpərəst (Japanophile) ifadəsi Yaponiya hələ xarici ticarət üçün açılmayanda, XVIII əsrin sonunda - erkən XIX əsrdə işlənilirdi. Karl Peter Tunberq və Filip Frans fon Zibold Yaponiyanın florasını, incəsənətini və başqa obyektlərini Avropaya təqdim etməkdə bir rol oynamışdılar. Bu Yaponiyaya qarşı marağını artırıb.
XX əsr
XX əsrin ilk onilliyində Britaniyanın bir sıra sazıçısı Yaponiyanı tərifləyirdilər. Məsələn üçün, 1904-cü ildə Beatris Uebb yazırdı ki, Yaponiya təmkin və maarifləndirmənin doğan ulduzudur (), onun yenilikçi kollektivizmi () və ziyalı peşəkar elitasını () mədh edirdi. Herbert Uells oxşar şəkildə, Müasir Utopiya romanındaki elitanı samuray adlandırıb. Bunların səbəblərdən biri o idi ki, Britaniya sənayyəsi öz üstünlüyü itirirdi, Yaponiya ilə Almaniya isə nəsbətən yüksəlirdilər. Almaniya o vaxt bir düşmən kimi, Yaponiya isə potensial müttəfiq kimi görünürdü. Britaniyalılar səmərəliliyi məhsuldarlıqda problemlərinin çözümü kimi görürdülər. Və 1906-cı ildə Alfred Stedın Böyük Yaponiya: Milli səmərəliliyin tədqiqatı () adlı kitabının nəşrindən sonra, Britaniyanın mütəxəssisləri də Yaponiyaya maraq göstərməyə başladılar. Halbuki, bu maraq Birinci Dünya müharibəsi başlayarkən bitib.
İspaniya legionun yaradıcısı, General Xose Milyan Astray qeyd edirdi ki, samurayların buşido kodeksı ona çox təsir etmişdi. O, yazırdı ki, "İispaniya legionçusu da samuraydır və o, buşido əsaslarını işlədir: onur, cəsarət, sadiqlik, mərdlik və qurban olma ruhu". Həmçinin əlavə etmişdi ki, İspaniya kodeksın prinsiplərini əməl etsə, Yaponiya kimi böyük güc ola bilər. Xose Milyan Astray İnadzo Nitobenin Buşido: Yaponiyanın ruhu kitabını tərcümə edib, onun proloqunu yazmışdı.
XXI əsr
Erkən 2000-cı illərdə Yaponiya pop mədənniyətinə ehtiram göstərənləri adlandırmaq üçün ingilis dilində slenq sözləri meydana çıxmışlar. Wapanese (translit. uapanese: - ağ yapon və ya - yapon olmaq istəyən) ifadəsi ilk dəfə 2002-ci ildə yapon mədəniyyəti ilə maraqlanan ağ adamı izah etmək üçün istifadə edilmiş. Weeaboo (translit. uiabu; daha sonra, qısaca weeb - translit. uib) ifadəsi isə ilk dəfə Nikolas Qurevitçin bir komiksində nəsə xoşagəlməz izah etmək üçün istifadə olunub. Nəşr olunmamış bir magistr dissertasiyasıda deyilir ki, 4chan saytı bu ifadəni tezliklə wapanese əvəzinə istifadə etməyə başlayıb.
İstinadlar
Kateqoriya:Xarici mədəniyyətlərə pərəstişlik Kateqoriya:Yaponiya mədəniyyəti Kateqoriya:Yapon milliyyətçiliyi Kateqoriya:Qeyri-yapon mədəniyyətində Yaponiya Kateqoriya:Siyasi terminlər Kateqoriya:Folklor Kateqoriya:XVIII əsrin neologizmləri Kateqoriya:Etnofobiya