Ruspərəstlik ( — русоС. И. Ожегов, "Словарь русского языка": 70 000 слов/ Под ред. Н. Ю. Шведовой. — 23-е издание, испр., Москва: "Русский язык", 1991–917 с., ISBN 5-200-01088-8: "РУСО1… Первая часть сложных слов со знач. относящийся к русским, к русскому, напр. русофил (человек, любящий все русское), русофоб (человек, ненавидящий все русское)". və — sevirəm) — Rusiyaya, rus mədəniyyətinə, adamlarına və ya tarixinə ehtiram və sevgi. Antonimi rusofobiyadır.
Qeyri-slavyan ölkələri Slavyan ölkələrdən yanaşı, Avropanın başqa ölkələrində mövcud olan ruspərəstlik kütləvi mədəniyyət tərəfindən yaradılmış steriotiplərindən ("ənənəvi rus qonaqpərvərliyi", "rus incəliyi" və s.) gəlir. Rus mentaliteti haqqında kitab müaəllifi olan, Robert Aleksandr deyib ki, sitat: Mən rusları onların dramatik, emosional xarakerlərinə görə sevirəm. Onlar sevməkdən qorxmurlar, zərər almaqdan qorxmurlar, şişirtməkdən və ya impulsiv şəkildə hərəkət etməkdən qorxmurlar.
Fransa və Böyük Britaniyadaki mədəni ruspərəstlik 1917-ci ilin inqlabından əvvəl başlamışdı. Onun mənbəyi Çar və ya Sovyet Rusiyasının siyasi reallıqları yox, Fyodor Dostoyevski və Anton Çexov kimi yazıçıların tərəfindən təsvir edilmiş "rus ruhu" idi. Britaniyada bu ruspərəstlik 1912 və 1922 illərin arasında mövcud idi və Roberta Rubenştein fikrinə görə o, Britaniya modernizminə və özəlliklə Virciniya Vulf kimi yazarlara təsir etmiş.Roberta Rubenstein Virginia Woolf and British Russophilia , Journal of Modern Literature, Vol. 36, No. 1 (Fall 2012), pp. 150–152 (p. 150)
Yunanıstanda XIX əsrin sonundan başlayaraq mövcud olan ruspərəstlik rusların pravoslavlığı ilə bağlıdır. Buna görə, Sovet dövründə onun əvəzinə ruslara və slavyanlara qarşılıq hissləri gəlib. Halbuki, həmin dövrdə Yunanıstan kommunistlərin arasında ruspərəstliyin dalğası yaşanırdı.
Slavyan xalqları
Ukrayna Hal-hazırda ruspərəstlik Ukraynanın cənubunda (Krım Muxtar Respublikası) və şərqində (Donetsk və Luqansk vilayətləri) separatçılıq şəklində özünü göstərir.
Qalisiya bölgəsində yaşayan rusinlər öz milli kimliyinin iki bir-birinə qarşı olan anlayışı təkmilləşdirdilər: biri Ukraynapərəst, o biri ruspərəst.
Qərbi Ukrayna (XVIII əsrin sonu — XX əsrin əvvəli) XIX əsrdə Qərbi Ukrayna Avstriya-Macarıstan İmperiyasının hissəsi olub. Orda hakimiyyət Rusiya İmperiyasına qarşı pərəstiş olan rus milli hərəkətin inkişafına mane idi. Qərbi Ukraynanın ziyalıları Rusiyanı bir xilaskarı və ümumi slavyan köklərinin nümayindəsi kimi görürdülər.М. В. Кирчанов (апрель 2007) "Москвофильство" в первой четверти XX векаСергей Сокуров. Русофильство на Украине. История и современность А. В. Труханенко (составитель). Материалы круглого стола. Акценты. Русофильство в австрийской Галиции: современные исторические исследования и уроки . Львов: Ахилл, 2002, 88 с ISBN 966-7617-42-4 Müasir Ukrayna və Polşa tarixşünaslığında bu hərəkət moskvapərəstlik (; ) adlanır.Bogdan Horbal Rusofilstwo czy moskalofilstwo lub moskwofilstwo. Pryzczynek do diskusji nad neścilsościami terminologicznymi http://lemko.org/scholar/horbal/Moskwofilstwo.pdf
Başqa slavyan ölkələri XIX əsrdə Bolqarıstanda da, Qərbi Ukraynadaki kimi ruspərəst fikirlər mövcud idilər.Л. Троцкий Балканы и Балканская война ОРГАНИЗАТОРЫ КАТАСТРОФЫ Государственное издательство. Москва-Ленинград. 1926В. И. Косик Послевоенное церковное строительство в Болгарии и СССР
Serbiyada da Rusiya həmişə yaxın mütəffiq kimi görünürdü. 2017-ci ildə, Serbiyanın keçmiş Acintse kəndinin adı dəyişilərək, Putinovo edilib.
Slovakiya və Çexiyada ruspərəstlik panslavyanizm ilə bağlı idi. Avstriya-Macarıstan tərkibində olan Bohemiya və Moraviyada (müasir Çexiya) hökumətə müxalif olan çexlərin arasında ruspərəstlik ilə panslavyanizm hissləri var idi. Bu hisslər məsələn üçün İmperiya Şurasının üzvü olan, gələcək Çexoslovakiyanın ilk Baş Naziri Karel Kramarda və ondan da artıq, Bohemiya və Moraviyanın Nasional Sosialistlərdə var idi. Amma, çex müxalifətin başqa, demokratik və qərbpərəst hissəsi də var idi.
Ruspərəstlər
Şəxslər Virciniya Vulf, Britaniya yazarı və təndiqçisi. Karel Kramar, Çexoslovakiyanın Baş Naziri. Miodraq Bojoviç, Serbiya və Monteneqronun futbol məşqçisi. Duşko Vuyoşeviç, Serbiyalı basketbol məşqçisi.Stefan Smuđa RUSOFIL VUJOŠEVIĆ: Kačket menjam, ali ostajem isti! Tim Key, ingilis komediyaçı və şair. Gerhard Şröder, Almaniya kansleri.
Siyasi partiyalar Sol (Almaniya) Milli Cəbhə (Fransa) Radikal Sol Koalisiya (Yunanıstan)
İstinadlar
Kateqoriya:Rusiya mədəniyyəti Kateqoriya:Rusiyanın xarici siyasəti Kateqoriya:Xarici mədəniyyətlərə pərəstişlik
Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:Rus millətçiliyi