() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Kiçik Qafqazda rast gəlinir.
Botaniki təsviri Meyvəsiz sürünən zoğları olan yarımkolcuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 2-5 sm, sıx, qısa tükcüklüdür. Yarpaqları uzunsov-neştərvari və ya əks-yumurtavari, uzunluğu 4-10 mm, eni 2-4 mm-dir. Çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklüdür. Yan damarcıqları alt tərəfində üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4,5-5(6) mm, sıx və qısa tükcüklüdür. Yuxarı dişcikləri üçkünc, kənarları tükcüklüdür. Çiçək tacının uzunluğu 6-7 mm, parlaq çəhrayıdır. May-iyun aylarında çiçəkləyir, iyul ayında meyvə verir. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.
Ekologiyası Daşlı yamaclarda bitir.
Azərbaycanda yayılması Azərbaycanın nadir bitkisidir, arealı dardır. Qobustanda yayılmışdır. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi tövsiyə edilir.
İstifadəsi Dərman əhəmiyyətli bitkidir.
İstinadlar
Həmçinin bax