Yuri Dud (; ) — rusiyalı jurnalist və videobloqqer. Sports.ru nəşrinin baş redaktoru.
Həyatı Yuri Dud 1986-cı il oktyabrın 11-də Almaniya Demokratik Respublikasının Potsdam şəhərində anadan olub. Milliyyətcə ukraynalıdır. 1990-cı ildən Rusiyada yaşayır. 2008-ci ildə MDU-nin jurnalistika fakültəsini bitirib. Hal-hazırda Moskvada yaşayır.
11 yaşında "Yunoşeskaya qazeta" üçün məqalələr yazırdı. 13 yaşında "Seqodnya" qəzetində təcrübə keçib. 14 yaşında "İzvestiya" qəzetində ştatdankənar müxbir işləyib. 2003-cü ildə, 16 yaşında ikən qəzetin ştatlı əməkdaşı olub. 2007-ci ildə "PROsport" jurnalında çalışıb. 2011-ci ildən Sports.ru nəşrinin baş redaktorudur.
"Rossiya-2" kanalında "Başla zərbə" və "Matç TV"də "Turun kultu" verilişlərini aparıb.
2011-ci ildə "NTV-Plyus" peyk televiziyasının idman redaksiyasının xüsusi müxbiri və şərhçisi kimi çalışıb.
YouTube-da "vDud" adlı kanalı var. Burada o, tanınmış mədəniyyət, televiziya, internet, biznes və siyasət xadimlərindən müsahibə götürür.
2017-ci ilin mayında Vasili Oblomovun "Nesti xernyu" mahnısının klipində öz rolunda çıxış edib.
Mükafatları 2016-cı ildə "Turun kultu" proqramından tərəf müqabili olan Yevgeni Savinlə birlikdə "Televizordan olan sima" nominasiyasında "GQ ilin adamı" mükafatının qalibi olub.
2017-ci ildə "Ekrandan olan sima" nominasiyasında "GQ ilin adamı" mükafatının qalibi olub.
İstinadlar
Xarici keçidlər Rəsmi saytı
Kateqoriya:Potsdamda doğulanlar Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:Futbol jurnalistləri Kateqoriya:Futbol şərhçiləri Kateqoriya:Rusiya liberalları Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:YouTube Gümüş play düyməsi alanlar