Arqayaş milli mahalı (, ) — SSRİ-də, Rusiya Sovet Federativ Sosialist Respublikasında qısa müddət mövcud olmuş inzibati ərazi vahidiARQAYAŞ MİLLİ MAHALI . ensiklopediya.gov.az . Başqırdların milli mahalı idi. Mərkəzi Arqayaş kəndi idi.
Tarixi Ümumittifaq MİK Rəyasət Heyətinin 17 yanvar 1934-cü il tarixli qərarı ilə Çelyabinsk vilayətinin tərkibində yaradılmışdır.
Ümumittifaq MİK Rəyasət Heyətinin 17 noyabr 1934-cü il tarixli qərarına əsasən ləğv edilmişdir.
Ərazisi Sahəsi 6772 km², əhalisi 88,9 min nəfər olmuşdur.
Mahala başqırdların kompakt yaşadıqları ərazilər – Başqırd Muxtar Sovet Sosialist Respublikasından alınıb Çelyabinsk vilayətinə verilən Arqayaş və Kunaşak rayonları daxil idi.
İstinadlar
Xarici keçidlər Аргаяшскому району Челябинской области — 75 лет. yeshlek.ru Национальная пресса Южного Урала. lib.csu.ru
Kateqoriya:Başqırdıstan tarixi Kateqoriya:Çelyabinsk vilayəti Kateqoriya:RSFSR-in inzibati bölgüsü Kateqoriya:SSRİ-nin inzibati bölgüsü Kateqoriya:Asiyanın tarixi dövlətləri