() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Vətəni Çindir.
Botaniki xarakteristikası 3 m hündürlükdə sıx çətirli, həmişəyaşıl koldur. Çətrinin diametri 2 m-ə qədərdir. Cavan budaqları sarımtıl rəngli, sıx tükcüklüdür. Yarpaqları uzunsov-oval şəkilli, üstdən parlaq, tünd yaşıl, altdan açıq yaşıldır. Kiçik, ağ çiçəkləri ətirli, süpürgə çiçək qrupunda toplanır.
Ekologiyası May-iyun aylarında çiçək açır, toxumları sentyabr-oktyabr aylarında yetişir. Toxumla, oduncaqlaşmış və yaşıl gövdə qələmləri ilə çoxaldılır. Torpağa az tələbkardır. Kölgəyə davamlıdır. Rütubətli torpaqlarda daha yaxşı inkişaf edir.
Azərbaycanda yayılması Bakı, Gəncə şəhərlərində, rayonlarda park və bağlarda rast gəlinir.
İstifadəsi Müxtəlif formalar verməklə yaşıl çəpərlərin salınması üçün istifadə edilir.
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1790-cı ildə təsvir edilən bitkilər Kateqoriya:Çin florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Tayvan florası Kateqoriya:Vyetnam florası