Yaxşı terrorçu — 1985-ci ildə ingilis yazıçısı Doris Lessinq tərəfindən yazılmış siyasi roman. Kitab ilk dəfə həmin il İngiltərədə Conatan Keyp və ABŞ-də Alfred Knopf tərəfindən nəşr edilmişdir. Kitabın baş qəhrəmanı Londonda radikal bir qrupa qoşularaq terrorist fəaliyyətlərinə cəlb edilən və sadə və səfil həyat tərzi keçirən Alisadir.

Lessinqi bu əsəri yazmağa 1983-cü ildə İrlandiyanın Respublika Ordusunun Londondakı Harrods mağazasının bombalanması təşviq etdi. O, Britaniya Kommunist Partiyasının üzvü olub, lakin 1956-cı ildə Macarıstanda baş verən üsyandan sonra oradan ayrılıb. Bəzi tənqidçilər romanı satirik üslubda yazılmış roman adlandırdılar, lakin Lessinq onu heyrətləndirici və yumoristik hesab edirdi. Əsərin adı Alisanın ikitərəfli təbiətini təsvir edir. 

"Yaxşı terrorçu" əsəri tənqidçilərin fikirlərini ikiyə ayırdı. Bəzi tənqidçilər əsərin əsas ideyasını və qəhrəmanlarını yüksək qiymətləndirdilər, digərləri onu süjet xəttinin sadə, qəhrəmanlarının isə mənasız və darıxdırıcı olduğu üçün tənqid etdilər. Bir tənqidçi Lessinqin "güclü təsviri nəsr bacarıqlarını və personajlarının dəqiq və real xarakteristikaları"-nı qiymətləndirərkən,Gross, Bonnie (29 September 1985). "'Terrorist' Broadens Lessing's Appeal" . Sun-Sentinel. Retrieved 7 November 2014. digəri onu "kifayət qədər sadə məzmunlu"Freeman, Judith (13 October 1985). "The Good Terrorist by Doris Lessing" . Los Angeles Times. Retrieved 7 November 2014. və qəhrəmanlarını isə "mənasız və ya özünü xülyaları ilə aldadan" adlandırdı.Kuehn, Robert E. (29 September 1985). "Doris Lessing 'Terrorist' Fails in the Execution" . Chicago Tribune. Retrieved 7 November 2014. "Yaxşı terrorçu" əsərinin Buker mükafatı üçün namizədliyi irəli sürüldü və Mondello Mükafatı və U. H. Smit Ədəbi Mükafatını qazandı. Həmçinin, Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülmüşdür.

Süjet xülasəsi "Yaxşı terrorçu" bir icmadan digərinə qovulan 33–37 yaş arasındakı siyasət və iqtisadiyyat fakültəsinin məzunu olan işsiz Alisanın mövqeyindən üçüncü şəxsdə yazılmışdır. Alisa daha sonralar 15 il yaşadığı tələbə yataqxanasından tanıdığı Casper ilə sevgi münasibəti yaşayır. Alisanın ona vurulmağının əsas səbəbləri xarici görünüşünə heyran olması və homoseksuallıqdan qurtulmaq istəyi idi. O, özünü inqilabçı və "faşist imperializmi" əleyhinə mübarizə aparan bir insan hesab edirdi,Lessing 2013, p. 58. lakin hələ də hörmətsizlik elədiyi valideynlərindən asılı idi. 1980-ci illərin əvvəllərində Londonda tərk edilmiş bir evdə bir qrup təhlükəli şəxslərə qoşulur.Lessing 2013, p. 8. Bu qrupun digər üzvlərinə qrupun bacarıqsız lideri Bert və lezbiyan cütlük olan Roberta və Fey daxildir.Scanlan 1990, p. 190.

Tərk edilmiş ev təmirsiz vəziyyətdə idi və Şəhər Şurası tərəfindən sökülməli binalar siyahısında idi. Digər otaq yoldaşlarından fərqli olaraq Alisa qərara aldı ki, evi təmizləsin və mümkün olduğu qədər təmir etsin. O, həmçinin aidiyyəti şəxslər ilə danışaraq elektrik enerjisinin və suyun bərpasını da təmin etdi. Alisa evdə "ana" vəzifəsində oldu və ev işlərinə nəzarət etmək, qrup üzvlərini yaşadıqları evdən uzaqlaşdırmağa çalışan polislərlə mübarizə aparmaq kimi öhdəlikləri öz üzərinə götürdü. Beynəlxalq Kommunistlər Birliyinə daxil olan cinayətkar qrupun üzvləri mitinq və nümayişlərdə iştirak etməyə başladılar. Alisa da bəzən bu fəaliyyətlərə qoşulurdu, lakin vaxtının çoxunu ev işlərinə həsr edirdi.

Mübarizədə daha yaxından iştirak etmək üçün Casper və Bert öz xidmətlərini İrlandiyanın Respublikaçılar Ordusuna və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə təqdim etmək məqsədilə İrlandiyaya və Sovet İttifaqına yola düşdülər, lakin geri qaytarıldılar. Daha mütəşəkkil inqilabçılar qrupu onların yaxınlığında yaşamağa başladı və Alisanın evini silah üçün anbar kimi istifadə etdi.Lessing 2013, p. 304. Müəmmalı qonşular daha sonralar Alisanın qrupunu ziyarət edir və onların məqsədləri ilə maraqlanırdılar.Rogers, Jane (3 December 2005). "Dark times" . The Guardian. Retrieved 7 November 2014.

Qrup sonunda özünü "Azad Britaniya Kommunistləri" adlandıraraq öz fəaliyyətinə başlamağı qərar aldı.Lessing 2013, p. 376. Partlayıcıları və bombaları sınaqdan keçirməyə başladılar. Alisa ilk olaraq bu fəaliyyətə müsbət yanaşmadı, lakin qrupun qərarını dəstəkləməyə məcbur oldu. Onlar Naytsbridcdə fəaliyyətdə olmayan bir hoteli hədəfə aldılar və ilk sınağı burada keçirdilər, lakin eksperimentlərinin sonunda bombanın qəfil partlaması nəticəsində Fey və digər iştirakçılar öldü. Yerdə qalan qrup üzvləri hadisənin şokundan sarsılmış vəziyyətdə qrupu tərk etdilər və parçalanmağa qərar verdilər. Casper tərəfindən atılan Alisa onunla getmədi, artıq bağlandığı və böyük zəhmət çəkdiyi evini tərk etmədi. Hadisənin onu çox sarsıtmağına baxmayaraq Alisa bunu digərlərinə də izah etmək, özüvə və digər qrup üzvlərinə haqq qazandırmaq istədi, lakin bunun mənasız olacağını anladı, çünki "insanlar sadəcə onu anlamaya bilməyəcəklər".Lessing 2013, p. 392. Alisa başa düşürdü ki, o, artıq bir terroristdir, lakin bunun nə vaxt baş verdiyini anlamırdı.Lessing 2013, p. 393.

Tarixi left|thumb|250x250px|Doris Lessinq 2006-cı ildə Almaniyada keçirilən Köln ədəbiyyat festivalında çıxış edərkən. Doris Lessinqin siyasətə marağı 1940-cı illərdə Cənubi Rodesiyada (indiki Zimbabve) yaşadığı zaman başlamışdı.Lessing, Doris May; Pickering, Jean (2003). "Doris Lessing: A Brief Chronology". A Home for the Highland Cattle and The Antheap . Broadview Press. p. 27. ISBN 1-55111-363-5. O, kommunistlərin qrupuna cəlb edilir və Salisberidə (indiki Harare) Solçu Kitab Klubunun bölməsinə qoşulur. Sonralar Doris o dövrlərdə Rodesiyada irqi ayrı-seçkiliklərlə bağlı qalxan münaqişələrə təşviq edilərək, həmçinin, Cənubi Rodesiya Əmək Partiyasına da üzv olur."Doris Lessing: Biobibliographical Notes" . NobelPrize.org. Retrieved 17 February 2016. Lessinq 1949-cu ildə Londona köçür və burada yazıçılıq karyerasına başlayır. O, 1950-ci illərin əvvəllərində Britaniya Kommunist Partiyasının üzvü olur və nüvə silahlarının istifadəsinə qarşı aktiv mübarizə aparır.

1964-cü ildə, Lessinq altı roman çap edir, lakin o, 1956-cı ildə Macarıstanda baş verən üsyan zamanı Kommunizmdən uzaqlaşır və İdris Şahın "Sufilər" əsərini oxuduqdan sonra diqqətini İslam dininin qollarından biri olan Sufizmə yönəldir.Hazelton, Lesley (25 July 1982). "Doris Lessing on Feminism, Communism and 'Space Fiction'" . The New York Times. Retrieved 7 November 2014.Lessing, Doris (7 December 1996). "Idries Shah". The Daily Telegraph. Archived from the original on 15 September 1999. Retrieved 7 November 2014. Bu onu beş cildlik "fəza ədəbiyyatı" seriyası olan və Sufilərə həsr olunan "Arqolarda Kanopus" əsərini yazmağa təşviq edir. Əsər oxucuları tərəfindən yaxşı qarşılanmır və hesab edirlər ki, əsər onu "şüurlu dünyagörüşünü" –ndən uzaqlaşdırır.Galin, Müge (1997). Between East and West: Sufism in the Novels of Doris Lessing . Albany, New York: State University of New York Press. p. 21. ISBN 0-7914-3383-8.

"Yaxşı terrorçu" Lessinqin "Arqolarda Kanopus" əsərindən sonra çap etdirdiyi ilk kitabıdır və bəzi tənqidçilər bunu belə qiymətləndirdilər: "Lessinq yenidən Yerə qayıtdı"Donoghue, Denis (22 September 1985). "Alice, The Radical Homemaker" . The New York Times. Retrieved 7 November 2014. və "Lessinq yenidən reallığa qayıtdı"."The Good Terrorist" . Kirkus Reviews. 15 August 1985. Retrieved 7 November 2014. Lessinq bəzi tənqidçilərin "Yaxşı terrorçu" əsərini satira adlandırmasınıGreene 1997, p. 208.Watkins, Susan (20 October 2011). "The 'Jane Somers' Hoax: Aging, Gender and the Literary Marketplace" . In Ridout, Alice; Watkins, Susan. Doris Lessing: Border Crossings. London: A & C Black. p. 160. ISBN 978-1-4411-9264-6.Yelin 1998, p. 94. gülməli hesab edirdi. O, deyirdi: 

Lessinq deyirdi ki, onu "Yaxşı terrorçu" əsərini yazmağa 1983-cü ildə Londonda Harrods univermağında İrlandiyanın Respublikaçılar Ordusunun partlayış etməsi təhrik etmişdir.Frick, Thomas (1988). "Interview: Doris Lessing, The Art of Fiction No. 102" . The Paris Review. Retrieved 7 November 2014. Həmçinin qeyd edir: "KİV bu hadisəni sadəcə həvəskar insanların fəaliyyəti kimi qələmə alırdı, lakin mən sonralar fikirləşməyə başladım ki, belə bir hadisəni həvəskarlar törədə bilərdilərmi? və başa düşdüm ki, "hələ öz hərəkətlərini dərk etməyən bir uşağı və ya yeniyetməni terror qrupunun daxilinə cəlb edilmək daha asan olar". Lessinq artıq Alisa personajını öz təxəyyülündə mərkəzi fiqur kimi formalaşdırmışdı: "Mən Alisa kimi bir an içində heç düşünmədən çox sayda insanları öldürə biləcək bir neçə insan tanıyırdım". O, Alisanı "tamamilə yumoristik" obraz kimi təsvir etmişdi, çünki o, başdan-ayağa ziddiyyətlərlə dolu idi". Lessinq düşünürdü ki, bəzi zəif xarakterli və narkotik düşkünü olan personajların (Alisanın sevgilisi Casperdən başqa) "məhv olmuş fərd"-dən inkişaf etmiş şəxsə çevrilə biləcəyi təəccüblüdür.

Janrı "Yaxşı terrorçu" kitabı Nyu-York Revyus of Bukz jurnalının tənqidçisi Alison Löri daxil olmaqla bir sıra nəşriyyatçılar və bəzi tənqidçilər tərəfindən "siyasi roman""The Good Terrorist by Doris Lessing" . HarperCollins. Retrieved 18 March 2015. adlandırılmışdır.Lurie, Alison (19 December 1985). "Bad Housekeeping" . The New York Review of Books. Retrieved 17 February 2016. (Subscription required (help)). Löri bildirir ki, siyasi janr kimi bu əsər Cozef Konradın "Gizli Agent" əsərindən sonra terroristlərin daxili dünyası barəsində yazılan ən yaxşı romanlardan biridir, lakin The Hadson Revyu jurnalının tənqidçisi Uilyam Pritçard yazır ki, Kondarın əsəri ilə müqayisədə "Yaxşı terrorçu" əsəri "məzmunsuz"-dur.Pritchard, William H. (1985). "Looking Back at Lessing". The Hudson Review. The Hudson Review, Inc. 48 (2): 323. JSTOR 3851830 . (Subscription required (help)). Bir neçə şərhçilər bu əsəri siyasi romandan çox siyasət haqqında olan roman adlandırdılar.Janik, Del Ivan (1 January 2002). "Doris Lessing 1919–" . In Janik, Vicki K.; Janik, Del Ivan; Nelson, Emmanuel Sampath. Modern British Women Writers: An A-to-Z Guide. Santa Barbara, California: Greenwood Publishing Group. p. 202. ISBN 978-0-313-31030-0. "İmperiyanın qaydaları" əsərində belə yazılır: "Kristina Stid, Doris Lessinq, Nadin Qordimer, Luis Yelin kitabı siyasi roman deyil, siyasət haqqında kitab kimi təsvir edirlər".Yelin 1998, p. 92.

"Yaxşı terrorçu" kitabı həmçinin satira da adlandırılmışdır. Qeln Qrin öz Doris Lessinq: Dəyişiklilərin poetikası əsərində onu "bir qrup inqilabçının satirası" adlandırır və Susan Votkinsin Doris Lessinq: Sərhədləri keçərkən əsərində "Yaxşı terrorçu" əsərini "solçuların qrupuna daxil olan bir qadının quru və satirik təhlili" kimi təsvir edir. 2007-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülərməsi münasibətilə İsveç Akademiyası üçün yazdığı avtobioqrafiyasında Lessinq "Yaxşı terrorçu" əsərini mütləq hakimiyyətin əldə edilməsi üçün müasir solçuların ehtiyaclarının və qadın qəhrəmanının yanlış istiqamətləndirilmiş fədakarlığı və itaətsizliyinin satirik təsviri" adlandırmışdı. Yelin əsəri "satira və nostolgiya arasında roman" adlandırdı. Akademik Robert Kuen bu əsərin satirik roman olmadığını iddia etdi və qeyd etdi ki, "Lessinqin heç bir yumor hissi yoxdur, o, öz əsəridə hadisələri istehza ilə təsvir edir".