Sandra Şmirler (d. 11 iyun 1963; Biqqar, Kanada — ö. 2 mart 2000; Reqina, Kanada) — Kanadanı təmsil edən körlinqçi. Sandra Şmirler, Kanadanı 1998-ci ildə baş tutan Naqano Olimpiadasında təmsil edib və qızıl medal qazanıb.

Karyerası Sandra Şmirler, Kanada yığmasının heyətində 1998-ci ildə Yaponiyanın Naqano şəhərində baş tutan XVIII Qış Olimpiya Oyunlarına qatıldı. Həmin yarışlarının həlledici, final görüşündə Kanada yığması, Danimarka yığmasını 7:5 hesabı ilə məğlub etdi və Sandra Şmirlerində çıxış etdiyi Kanada yığması, Naqano Olimpiadasının çempionu oldu.

Ölümü Sandra Şmirler, 2 mart 2000-ci ildə uzun sürən xərçəng xəstəliyi nəticəsində həyatının 36-cı yaşında vəfat etdi.

İstinadlar

Kateqoriya:1998 Qış Olimpiya Oyunlarının medalçıları