Bəndi-Qeysər (, tərcümədə Sezarın dambası) — İranın cənub-qərbindəki Şuştər şəhərinin su anbarının yaxınlığında antik irriqasiya kompleksidir.
Tarixi Bu körpü Valeriana imperiyasının, həmçinin Sasani və Edes arasındakı müharibənin qarşısını almaq üçün tikilib. Bəzi mənbələrdə tikintinin 3, bəzilərində isə 7 il davam etdiyi barədə məlumatlar var (260-270-ci illərdə). Bəndi-Qeysərin memarı IX-X əsrdə at-Tabari və al-Masudidir.
Texniki xüsusiyyətləri Körpü Harun çayı üzərində tikilmişdir. İrriqasiya-suvarma sistemləri Şuştar şəhəri ətrafında əkin sahələrinin suvarılmasında istifadə olunur. Bu körpünün uzunluğu 500 m-dir. Onun tikintisi zamanı 40-a yaxın arx çəkilmişdir. Bu arxların eni 6,6 m. və 9 m-dir.
Sasanilər dövründə körpü Şuştər yolu yaxınlığında İranın iki paytaxtını - Pasarqad və Ktesifonu birləşdirirdi. Tarixi irriqasiya sistemi olan "Bəndi-Qeysər" körpüsü 2009-cu ildə UNESCO-nun dünya mədəni irsi siyahısına daxil edilib.
Kateqoriya:İran Kateqoriya:İrandakı ümumdünya irsi Kateqoriya:Fars dilində sözlər və ifadələr Kateqoriya:Qədim Roma körpüləri Kateqoriya:İrandakı körpülər