I Ferdinand () — 1526-cı ildən Macarıstan və Bohemiya kralı, 5 yanvar 1531-ci ildən Almaniya kralı (Roma kralı), 1556-cı (formal olaraq 1558-ci) ildən Müqəddəs Roma İmperiyasının imperatoru, Habsburqlar sülaləsinin kiçik (Avstriya) qolunun soybaşı. O, həmçinin Avstriya ershersoqu olmuşdur və məhz onun hakimiyyəti dövründə 1529-cu ildə Avstriya Vyana döyüşündə türklərə qalib gəldi.
Ferdinand, I Filip və Kastiliyalı I Yuannanın dördüncü övladı idi. O, ana tərəfindən Araqon kralı II Ferdinand və Kastiliyalı I İzabellanın, atası tərəfindən isə I Maksimilyan və Burqonlu Mariyanın nəvəsi idi. İmperator V Karl onun böyük qardaşı idi.
Həyatı Ferdinand babası Ferdinand Katolikin (adını məhz ondan almışdır) sarayında böyümüşdür. İspan dili onun ana dili idi, ispanlar isə onu çox sevirdilər, bu da böyük qardaşı Karlda ona qarşı etibarsızlıq hisslərini oyadırdı. O, Ferdinandı svitasından uzaqlaşdırdı və 1518-ci ilin yazında Niderlanda göndərdi. V Karlın imperator seçilməsindən sonra, sonuncu Vorms reyxstaqında Ferdinandı onun yoxluğunda canişi təyin etdi və onu yeni qurulmuş imperiya hökumətinin başına qoydu.
1521-ci ildə Ferdinand, Çexiya və Macarıstan kralı Layoşun (öz növbəsində Ferdinandın bacısı Mariya ilə evli idi) bacısı Anna Yagellonka ilə evləndi. 1521-ci ildə Karldan, babası I Maksimilyandan sonra miras payı olaraq beş Avstriya hersoqluğunu (Aşağı Avstriya, Yuxarı Avstriya, Ştiriya, Karintiya və Krayna) aldı. Növbəti il Brüssel müqaviləsinə əsasən, V Karl qardaşına Tirol, Habsburq evinin Şvab və Elzas torpaqları və 1520-ci ildə Şvab ittifaqı ilə Karla güzəşt olaraq bağışlanmış Vürtemberqi verdi, lakin bu razılaşmanın altı il gizli qalmasını tələb etdi.
1526-cı ilin yayında Birinci Şpeyer Reyxstaqının işində iştirak etdi. Elə həmən il kral II Layoş Mohaç döyüşündə öldü, bundan sonra Ferdinand, Layoşun övladlarının olmaması və Anna Yagellonkanın varisi olduğuna əsaslanaraq, Macarıstan, Bohemiya, Moraviya və Silezya taclarına haqqını iddia etdi. Ancaq macarlar və çexlər bu ölkələrdə kral rütbəsi irsiyyətini tanımırdılar. 1526-cı ilin oktyabr ayında Bohemiya seymi bəzi şərtlər qoyaraq Ferdinandı kral seçdi, Moraviya, Sileziya və Luzatsiya isə Anna və onun ərini miras hüququ əsasında padşah olaraq tanıdılar. 1527-ci ilin fevral ayında Ferdinand Praqada taclandırıldı.
1531-ci ildə Ferdinand Aaxen kafedralında Roma kralı olaraq taclandırıldı. O, Aaxen şəhərində tac qoyulan Almaniyanın son hökmdarı oldu. Sonrakı krallar və imperatorlar Frankfurtda taclandırılırdılar.
Macarıstandakı vəziyyət qat-qat daha qarışıq idi. Macarlar ən böyük maqnat Transilvaniya voyevodası I Yanoş Zapoyyaini kral seçmiş və həmin ilin noyabr ayında taclandırmışdılar. Macarların digər hissəsi Pressburqda Ferdinandı seçdi və bu Macarıstan uğrunda uzunsürən mübarizəyə səbəb oldu, türklərin müdaxiləsi ilə vəziyyət daha da çətinləşdı. 1538-ci ildə Zapoyyaini ilə Macarıstan krallığının bölünməsinə dair Oradya müqaviləsi bağlandı. Bohemiya, Moraviya, Sileziya və Macarıstanın irsi Habsburq torpaqları ilə birləşməsi, Qərbi Avropanı türklərdən qoruyan geniş Habsburq monarxiyasını yaratdı. Slavyan və Macarıstan torpaqlarının alınmasının nəticəsi Ferdinand və onun varislərinin maraqlarının ağırlıq mərkəzinin şərqə doğru istiqamətlənməsi oldu, bu da imperatorluq gücünün Almaniyada zəifləməsinə səbəb oldu.
1547-ci ildə o, Praqa silk qiyamını vəhşicəsinə yatırdı.
1556-cı ildə, qardaşı V Karl hakimiyyətdən imtina etdikdən sonra Ferdinand Müqəddəs Roma İmperiyasının imperatoru oldu (1558-ci ildə kurfürst kollegiyası bu titulu təsdiq etdi). Daxili imperiya barışığın gücləndirilməsi, katoliklərlə protestantlar arasında kompromisə nail olma (onun sayəsində Trento baş kilsəsi öz işini davam etdirdi) və türklərin Orta Avropaya basğınına qarşı imperiya qüvvələrinin birləşdirilməsinə yönəlmiş bir siyasət yürüdürdü.
Şəcərəsi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriElizabet9 iyul 152615 iyun 1545 (18 yaşında)II Sigismund Avqust (5 may 1543)yoxdurII Maksimilyan31 iyul 152712 oktyabr 1576 (49 yaşında)Avstriyalı Mariya (15 sentyabr 1548)Avstriyalı AnnaII RudolfAvstriyalı ErnestAvstriyalı ElizabetaMatveyIII MaksimilianVII AlbrextAvstriyalı VençeslausAvstriyalı MarqaritaAnna7 iyul 152816 oktyabr 1590 (62 yaşında)V Albert (7 mart 1550)V VilyamBavariyalı FerdinandBavariyalı Anna MariyaBavariyalı Maksimilyana MariyaBavariyalı ErnstFerdinand14 iyun 152924 yanvar 1595 (65 yaşında)Filippina Velser (yanvar 1557 - 24 aprel 1580)Avstriyalı EndryuAvstriyalı KarlAnna Yulianna Qonzaqa (14 may 1582)Avstriyalı MariyaAvstriyalı Anna Mariya15 may 153111 dekabr 1581 (50 yaşında)Yulix-Klevez-Berq hersoqu Zəngin Vilyam (18 iyul 1546)Klevezli Mariya EleonoraKlevezli AnnaKlevezli MaqdalenaKlevezli Karl FridrixKlevezli SibilyaYulix-Klevez-Berqli Con UilyamMaqdalena14 avqust 153210 sentyabr 1590 (58 yaşında) -yoxdurYekaterina15 sentyabr 153328 fevral 1572 (38 yaşında)III Françesko Qonzaqa (22 oktyabr 1549 - 22 fevral 1550)yoxdurII Sigismund Avqust (30 iyul 1553)Elyanora2 noyabr 15345 avqust 1594 (59 yaşında)Quqlielmo Qonzaqa (26 aprel 1561)I Vinçenzo QonzaqaMarqarita QonzaqaAnna Yulianna QonzaqaMarqarita16 fevral 153612 mart 1567 (31 yaşında) -yoxdurBarbara30 aprel 153919 sentyabr 1572 (33 yaşında)II Alfonso d'Este (5 dekabr 1565)yoxdurII Karl3 iyun 154010 iyul 1590 (50 yaşında)Bavariyalı Anna Mariya (26 avqust 1571)Avstriyalı AnnaAvstriyalı Mariya KristinaAvstriyalı Yekaterina RenataII FerdinandAvstriyalı Qreqoriya MaksimilyanaAvstriyalı ElyanoraAvstriyalı Maksimilyan ErnestAvstriyalı MarqaritaV LeopoldAvstriyalı KonstansaAvstriyalı Mariya MaqdalenaAvstriyalı KarlHelena7 yanvar 15435 mart 1574 (31 yaşında) -yoxdurYuanna24 yanvar 154711 aprel 1578 (31 yaşında)I Françesko Mediçi (18 dekabr 1565)Elyanora MediçiMariya Mediçi
İstinadlar
Kateqoriya:İspaniya infantları Kateqoriya:Araqon infantları Kateqoriya:Kastiliya infantları Kateqoriya:XVI əsr İspaniya şəxsləri Kateqoriya:Avstriya ershersoqları Kateqoriya:Xorvatiya kralları Kateqoriya:Macarıstan kralları Kateqoriya:XVI əsr Avropa hökmdarları Kateqoriya:Müqəddəs Roma imperiyasının imperatorları Kateqoriya:Habsburqlar Kateqoriya:Roma kralları