Tayvan kütləvi informasiya vasitələri — Tayvanın kütləvi informasiya vasitələri.

Dövri nəşrlər Tayvanda 600-dən çox qəzet və jurnal nəşr olunur. Dövri nəşrlərin çoxu ingilis dilindədir və onların hamısı Taybey şəhərində buraxılır.

Qəzetlər thumb|Tayvan qəzetləri İngilis dilində olan əsas qəzetlər bunlardır: "İn dependent Evening Post" qəzeti 1947-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 300 min nüsxədir.

"İndependent Morning Post" qəzeti 1988-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 300 min nüsxədir.

"Commercial Times" qəzeti 1978-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 250 min nüsxədir.

"China Post" qəzeti 1952-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 150 min nüsxədir.

Çin dilində aparıcı qəzetlər bunlardır:

"Senşen bao" () 1945-ci ildən etibarən Taybey şəhərində gündəlik nəşr olunur. Tirajı 460 min nüsxədir.

"Lyanxebao" () 1951-ci ildən etibarən Taybey şəhərində gündəlik nəşr olunur. Tirajı 1,2 milyon nüsxədir.

2 dildə - Çin və ingilis dillərində çıxan qəzetlər isə bunlardır:

"Çjunyanjibao" () Qomindan orqanı olaraq, 1928-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 600 min nüsxədir.

"Çjunqo jibao" () 1950-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı 1,2 milyon nüsxədir.

Jurnallar Əsas jurnallar bunlardır:

"Free China Journal" jurnalı 1964-cü ildən etibarən nəşr olunur. Tirajı təqribən 35 min nüsxədir.

Radio Radio verilişləri Taybey şəhərində yerləşən Çin Radio Verilişləri Korporasiyası ( və ya qısaca olaraq BCC) tərəfindən həyata keçirilir.

Ölkədə 229 ultraqısa və 140 orta dalğalı radiostansiya var.

Televiziya Ölkədə 76 telekanal var.

Tayvan televiziya şirkəti ( və ya qısaca olaraq TTV) 1962-ci ildə təsis edilmişdir. Taybey şəhərində fəaliyyət göstərir.

İnformasiya agentlikləri "Cunyanşe" Mərkəzi Xəbər Agentliyi 1924-cü ildən Taybey şəhərində fəaliyyət göstərir. Agentlik 1995-ci il dekabrın 30-da milliləşdirilmişdir.

"Sinxua" () Xəbər Agentliyi və ya Çin Xəbərlər Xidməti 1949-cu ildən rəsmi xəbər agentliyi kimi fəaliyyət göstərir.

İnternet Tayvan dünyanın ən çox kabelləşdirilmiş ölkələrindən biridir. Bu ölkədə genişzolaqlı internet xidməti digər ölkələrə nisbətdə həm ucuz, həm də sürətlidir.

İstinadlar

Xarici keçidlər BBC Country Profile: Taiwan CIA - The World Factbook: Taiwan