İrza bəy Hacıbəylinski () — Azərbaycanın hərbi xadimi, polkovnik. İrəvan şəhər zadəganlarının nəslinə mənsubdur.
Hərbi karyerasının başlanğıcı
Xidmətə Yelisavetqrad süvari yunker məktəbində sıravi rütbəli yunker kimi başlamışdır. Məktəbi bitirdikdən sonra 27 aprel 1898-ci ildə kornet rütbəsinə keçirilməklə İmperator Əlahəzrətləri Böyük Knyaz Mixail Mixayloviçin 21-ci draqun polkuna təyin edilmişdir. 19 mart 1902-ci il tarixində poruçik rütbəsi almışdır. 1 sentyabr 1905-ci il tarixindən ştabs-rotmistr. 25 aprel 1912-ci il tarixində rotmistr rütbəsi verilmişdir.
Birinci Dünya müharibəsi
Birinci Dünya müharibəsiinin iştirakçısıdır. 23 oktyabr 1914-cü il tarixində yaralanmışdır. Döyüşdə fərqləndiyinə görə 3-cü dərəcəli Müqəddəs Anna ordeninə əlavə olaraq üzərində Cəsurluğa görə sözləri yazılmış, qılınclı 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur. İki dəfə, 1915-ci ilin 12 mart və 31 avqust tarixlərində kontuziya almışdır. Döyüşdə fərqləndiyinə görə 1915-ci ildə 7-ci Belarus qusar polkunun rotmistri Hacıbəylinski qılınclı II dərəcəli Müqəddəs Anna ordeni və qılınclı II dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdur."Каспий" 4 марта 1916 г., №51. 20 iyul 1916-cı il tarixində podpolkovnik rütbəsi almışdır. 31 avqust 1916-cı il tarixində İrza bəy Hacıbəylinski Qafqaz ordusunun etap-nəqliyyat hissəsinin müdiri yanında tapşırıqlar üzrə qərargah zabiti təyin edilmişdir.
AXC silahlı qüvvələrində xidmət 1918-ci ildən podpolkovnik İrza bəy Hacıbəylinski Zaqafqaziya Komissarlığının qərarı ilə yeni yaradılmış Müsəlman korpusunda (26 iyul tarixindən Əlahiddə Azərbaycan korpusu) xidmət etmişdir.Собрание узаконений и распоряжений правительства Азербайджанской Республики. — Баку, 1919 — выпуск 1, ст. 23 Polkovnik rütbəsi verilmişdir. 1918-ci ilin iyul ayının əvvəllərində korpus ləğv edilmiş və onun hissələri daxil olmuş 5-ci Qafqaz və 15-ci Çanaqqala türk diviziyaları ilə birlikdə Nuru Paşanın yeni yaradılmış Qafqaz İslam Ordusunun tərkibinə keçmişdir. Polkovnik Hacıbəylinski 1918-ci ilin payız aylarına qədər Qarayazı süvari polkuna komandirlik etmişdir.
Noyabr ayından I süvari Tatar polkunun komandiri olmuşdur. 1919-cu ilin sentyabr ayında Bakı möhkəmləndirilmiş müdafiə rayonu qərargahının rəisi təyin edilmişdir. Hərbi nazir Səməd bəy Mehmandarovun 128 saylı, 2 mart 1920-ci il tarixli əmri ilə Bakı möhkəmləndirilmiş müdafiə rayonu qərargahının rəisi 1 mart 1920-ci il tarixindən Ordu qərargahı general-kvartirmeysteri idarəsinin Əməliyyat-kəşfiyyat şöbəsinin rəisi təyin edilmişdir. 3 aprel 1920-ci il tarixində polkovnik Hacıbəylinski hərbi şöbə rəisi qismində Könüllü ordunun tərksilah edilmiş hissələrinin əmlak qəbulu üzrə idarələrarası komissiyasının tərkibinə daxil edilmişdir.
İstinadlar
Ədəbiyyat
Мехман Сулейманов. Кавказская исламская армия и Азербайджан. — Баку, 1999 Мехман Сулейманов. Армия Азербайджана (1918—1920). — Баку, 1998 Азербайджанская Демократическая Республика (1918—1920). Армия. (Документы и материалы). — Баку, 1998
Kateqoriya:Birinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:II dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri Kateqoriya:III dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri Kateqoriya:IV dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri Kateqoriya:2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri Kateqoriya:3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Hacıbəylinskilər Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Azərbaycan şəxsləri Kateqoriya:Azərbaycan polkovnikləri