right|thumb|350x350px|Detroyt Pistons oyunçuları alley-op icra edərkən Alley-op (, — asma, paraşüt) — basketbolun hücüm elementlərindən biri. Alley-op zamanı hücumçulardan biri topu asma olaraq səbətə doğru atır, digər oyunçu isə tullanaraq topu göydə tutur və yerə enmədən səbətə salır. Bu həm də yuxarıdan atış hesab olunur (slem-dank).
Ilk alley-op 1960-cı illərə təsadüf edir. Məhs bu oyun elementinin ilk dəfə həyata keçirən El Taker və onun qardaşı Cerald olmuşdur.Sonics ushered Seattle into the big time 40 years ago Saturday Onlar Oklahoma Babtist Universitetinin komandasında iştirak edirdilər. NBA-da alley-opu oyunçular 1990-cı illərdən sonra müntəzəm istifadə etməyə başladılar. Müasir dövrdə alley-op basketbolun ən populyar elementlərindən biri hesab olunur. Alley-op zamanı topu ötürən "oynayan müdafiəçi", topu qəbul edən isə ön xətdə olan uca boylu hücumçu olur. Elementin uğurlu alınması üçün topun ötürülmə dəqiqliyi və uca boylu hücümçunun cəldliyi əsas şərtdir.
Alley-op basketbolda ən yüksək növ elemetlərdən biri hesab olunur və təkcə oyun zamanı tətbiq olunmur. Alley-opdan müxtəlif müsabiqələrdə yuxarıdan atış növü kimi istifadə edirlər. Məsələn, NBA-nın Bütün Ulduzları müsabiqəsinin ən sevimli etaplarından bir Alley-opdur.
Terminin mənşəyi "Alley-op" termini fransız sözü olan Allez hop!- dan meydana gəlmiş. Sirk akrobatları hərəkətdən öncə bu sözü işlədirlərmişalley-oop, adv., int., adj., and n , Oxford English Dictionary entry for term "alley oop" .
Həmçinin bax Basketbol terminologiyası
İstinadlar Kateqoriya:Basketbol terminologiyası