Vladimir Fekete (, ) — Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi.

Həyat və fəaliyyəti Vladimir Fekete 1955-ci ilde Bratislava yaxınlığındakı Xorvatski Qrob kəndində doğulub. 1979-cu ildə Bratislavada Komenski Universitetinin təbiət elmləri bitirib. 1981-ci ilde Don Boskonun Saleziyanları cəmiyyətinə gizlincə qoşuldu və 30 iyun 1983-cü ildə Berlində Volfqant Veyder tərəfindən keşiş kimi təqdis olundu. 1990-cı ildə Slovakiyada kommunist rejiminin süqutuna qədər geoloq kimi çalışıb. 1989-cu ildən sonra Levoçada Saleziyalı katolik tələbələrin cəmiyyətində direktor olub. 1993–1999-cu illərdə Slovak Saleziyanların vikarı kimi fəaliyyət göstərib. 1999-cu ildə Lüblin Katolik Universitetində teoloji dərəcəsini alıb. 1999–2005-ci illərdə Slovak Saleziyanların rəhbərliyinə geri qayıdıb. 2006-cı ildə Romada Papa yanında Saleziyan Universitetindəki didaktik təhsilini bitirib. 2006–2009-cu illərdə Saleziyan tələbələrin ustadı kimi fəaliyyət göstərib.

Bakıdakı fəaliyyəti 5 noyabr 2009-cu ildə Papa XVI Benedikt tərəfindən Katolik kilsəsinin Bakıdakı missiyasına baş keşiş kimi təyin edilib. 4 avqust 2011-ci il tarixindən etibarən Azərbaycan Həvari Prefektinin rəhbəri kimi çalışır. 2 oktyabr 2016-cı ildə Papa Fransiski Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində qarşılayıb. 8 dekabr 2017-ci ildə rütbəsi yepiskopluğa qaldırıldı. 11 sentyabr 2018-ci ildə təqdisetmə mərasimi keçirildi və Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager tərəfindən yepiskop kimi təsdiqləndi.

Gerbi Vladimir Feketenin gerbi Marek Sobola tərəfindən hazırlanmışdır. GerbMənasıcenter|100px|frameless Qırmızı rəng — Slovakiya bayrağının və Azərbaycan bayrağının ortaq rəngi Üç dağ — Slovakiyadakı Tatra və Azərbaycandakı Qafqaz dağlarının simvolu İki ağ zanbaq — Bakirə Məryəmin simvolu Səkkiz guşəli ulduz — Azərbaycan bayrağı və gerbindəki simvollardan biri, həmçinin Papa Fransiskin gerbindəki ulduzu bildirir Latınca şüar "Da Mihi Animas" (Mənə xalqı ver) — Bibliyanın Yaradılış kitabının 14:21 ayəsinə (Xalqımı mənə ver, mal-mülk sənə qalsın) istinaddır. Bu şüar Saleziyan cəmiyyətinin şüarıdır.

İstinadlar

Kateqoriya:Ruhanilər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər Kateqoriya:Xristianlıq