Zurab Aleksandroviç Pataridze (; ) — gürcü və sovet dövlət xadimi. 1975–1982-ci illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur.

Həyatı 1952-ci ildə Gürcüstan Politexnik İnstitutunu bitirmişdir. 1955-ci ildə Kommunist Partiyasının sıralarına qoşulmuşdur.

1952-ci ilin oktyabrından Çiatura şəhərində dağ idarəsinin növbə rəisi işləyirdi. Növbəti ilin iyununda sahə rəisi, 1957-ci ildə mədən müdiri, 1958-ci ilin mayında isə idarənin baş mühəndisi vəzifələrində çalışırdı. Nəhayət 1959-cu ildən mədən idarəsinə başçılıq etməyə başladı.

1962-ci ilin mart ayında Gürcüstan Kommunist Partiyasının Çiatura şəhəri komitəsinin birinci katibi seçildi. 1967-ci ilin sentyabr ayında Sov.İKP MK-nın təşkilati-siyasi işlərin təlimatçısı vəzifəsinə təyin olunmuşdur. 1972-ci ilin iyun ayından Gürcüstan SSR-nin Kp MK-nın katibi təyin edildi.

1975-ci il dekabr ayından 1982-ci ildə vəfatına qədər Gürcüstan SSR Nazirlər Sovetinə rəhbərlik edirdi.

SSRİ Ali Sovetinin 9–10 çağırış deputatı və 1976-cı ildən Sov. İkp MK üzvlüyünə namizəd olmuşdur.

1982-ci il iyunun 5-də avtomobil qəzasında həlak olmuşdur. Tbilisinin Saburtalo rayonunda yerləşən ictimai xadimləri panteonunda dəfn edilmişdir.

Mükafatları Lenin ordeni "Qırmızı əmək bayrağı" ordeni "Oktyabr inqilabı" ordeni

İstinadlar

Xarici keçidlər Bioqrafiyası (rusca)

Kateqoriya:Gürcüstanda yol-nəqliyyat hadisələrində ölənlər Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Nazirlər Sovetinin sədrləri Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin VII çağırış deputatları