Vəli Şahmurov — azərbaycanlı professor.
Məlumat Vəli Şahmurov – 1979-cu ildə elmlər namizədi alimlik dərəcəsi almış, 1987-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Fizika-riyaziyyat elmləri doktoru Vəli Şahmurov 1978-1990-cı illərdə Bakı Dövlət Universitetində professor, 1991-1993-cü illərdə Azərbaycan Təhsil Nazirliyində elm və təhsil idarəsinin rəisi vəzifəsində işləmişdir. 1997-2007-ci illərdə İstanbul Universitetinin mühəndislik fakültəsinin müəllimi olub. 2007-ci ildən isə qardaş ölkənin Okan Universitetində çalışmaqdadır. 100-dən çox monoqrafiyanın və 10 elmi layihənin rəhbəri olan azərbaycanlı professorun 4 kitabı var. Professor, həmçinin ABŞ-da dərc olunan "Boundary Value Problems" jurnalının redaktorudur. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Analitik İnformasiya Resursları Mərkəzinin üzvüdür.
Xarici keçidlər Vəli Şahmurov - Okan Universiteti Azərbaycanlı professor Türkiyənin Okan Universitetinin mükafatına layiq görülüb
İstinadlar