Ata ocağı bədii serialı baş ssenarist Valeh Əhmədov,rejissor Rüfət Şahbazov"Xəzər"də "Ata ocağı" başlayır və prodüser Amiran Babayev tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Xəzər televiziyasında istehsal edilmişdir. Serial psixoloji dram janrındadır. Əsas rolları Rəşad Bəxtiyarov, Qurban İsmayılov, Həmidə Ömərova, Rasim Cəfərov, Mənsurə Əhmədova ifa edirlər. Serial həftəiçi hər gün saat 22:00-da "Xəzər TV" yayımlanır. 3 avqust 2023-cü ildə final etmişdir.
Serialın bəstəkarı Tərlan Məmmədhüseynovdur.
Məzmun Serial psixoloji dram janrındadır. Ailə münaqişəsindən bəhs edir. Ailəsinin sosial durumu ilə razılaşmayan övladlar ailə içində qütbləşir. Ailə başçısı ata sosial problemlər məngənəsində təklənir.
Serialda üç ailə tipi nümayiş olunur. Ailənin təməlində isə əlbəttə ki, ata dayanır. Serialda nümayiş olunan ailələrdən biri Nazimin (Qurban İsmayılov) ailəsidir. Nazim çox sərt atadır. Övladları səhv və ya düz hərəkət etsələr də, ataları onlara etiraz edir. Hər kəs bu atanı bu qədər sərt olmağa görə qınayır, ancaq övladlarının etdiyi hərəkətlərə baxanda, görürük ki, əslində ata düz hərəkət edir. Onun məsələlərə özünəməxsus baxış tərzi var. Digər bir ailə Mehmanın (Kazım Həsənquliyev) ailəsidir. Bu ailə bir qədər imkanlı ailədir. Mehman tamam başqa bir istiqamətdə övladlarına tərbiyə verir. O, övladları ilə dost münasibəti saxlayır, onların qayğılarına qalır. Serialda üçüncü ailə isə Niyazın (Elman Rəfiyev) ailəsidir. Bu, serialdakı ən bədbəxt ailədir. Niyaz içki düşkünüdür. Dostları ilə içir, həyat yoldaşını incidir və böyük bir bədbəxtlik baş verir.
Film haqqında "Ata ocağı" serialı Xəzər TV-də həftədə 5 dəfə yayımlanırdı.
Serialda rol alan ADMİU tələbəsi Samir Qəfərli Vətən Müharibəsində şəhid olmuşdur.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Rüfət Şahbazov İkinci rejissor: Emin Qasımov Baş ssenarist: Valeh Əhmədov Ssenaristlər: Qələm qrupu Operator: Emil Qarayev Rəssam: Vüqar Qurbanov Bəstəkar: Tərlan Məmmədhüseynov Rəssam köməkçisi: İlqar Qurbanov Səs rejissorları: Aslan Əlibəyov & Ariz Əhmədli Saç ustası: Aidə Cəfərova İşıqçı: Həsən Əliyev Set işçisi: Fərhad Hüseynov & Həsənağa Ağayev Texniki məsul: Bəxtyar Abasov
Rollarda Vüsalə Həsənova — Gülçöhrə Sabir Məmmədov — Malik Asya Atakişiyeva — Bənövşə Elçin Əfəndi — Çingiz Elman Rəfiyev — Niyaz Əzizə Həşimova — Aynurə Günel Məmmədova — Zümrüd Həmidə Ömərova — Şəfiqə Kazım Həsənquliyev — Mehman Kəmalə Mehdiyeva — Səidə Mənsurə Əhmədova — Ofeliya Mirsəid Zeynalov — Mahir Qurban İsmayılov — Nazim Rasim Cəfər — Nadir Rəşad Bəxtiyarov — Rəşid Zaur Əliyev — Elçin Şəhanə Yusifova — Nuray Ülviyyə Rza — Günel Səmayə Sadıqova — Safurə Vahid Orucoğlu — Xəyal Valeh Əhmədov — Yusif Xatirə Süleymanova — Əzizə Elvin Əhmədov — Emin Xuraman Nicat — Günay Mələk Hacıyeva — Tomris Zülfiyyə Qurbanova — Ləman Elgün Hüseynov — Rəvan Ayşad Məmmədov — Nəsimi Elnur Kərimov — İlkin Zülfiyyə Məmmədova — Humay Günay Pirizadə — Bahar Tural Qan — Cavad Rüfət Nəzərov — Oğuz Dilarə Fərəcullayeva — Züleyxa Vidadi Həsənov — Akif Tural Əhməd — Bəhram Sənubər İsgəndərli — Zəminə Aytən Süleymansoy — Sevda Dəniz Tacəddin — Nailə Aydan Ağayeva — Fidan Hüsniyyə Əhmədova — Safura Könül Cəfərzadə — Günay Firdovsi Atakişiyev — Elman Corc Qafarov — Ramiz Ləman Mərih Könül Aysel Səlimli — Röya
İstinadlar
Kateqoriya:2017-ci ilin Azərbaycan filmləri Kateqoriya:2017-ci ilin Azərbaycan teleserialları