Berx adası — Yeni Torpaq arxipelaqı, Qorbov adaları qrupunun daxil olan bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir.

Coğrafiyası Ada Barens dənizində, Şimal adasından şimal-qərbdə yerləşir. Qorbov adaları qrupuna daxildir. Bu qrupa həmçinin Bolşoy Zayçiy, Malıy Zayçiy, Piçutin adaları daxildir.

Adanın təsviri Ada şimal-qərbdən cənub-şərqə doğru uzanır. Ən hündür zirvəsi 198 metrdir. Zirvə adanın şimal-qərbində yerləşir. İki zirvə isə adanın cənub-qərbindədir (139 və 79 m.) Adada kiçik çaylar vardır. Onlar cənubdan şimala axır. Burada göl yoxdur. 1910-cu ildə burada mağara aşkar edilmişdir.

Ada ətrafında çoxlu sayda qaya vardır. Adanın qərbində iri buxta onun daxilinə doğru uzanır. Şimal-qərb sahillərinə yaxın kiçik adsız ada vardır.

Adanın ucqar şimal nöqtəsi — Kruşeniya burnu, cənub nöqtəsi — Promernıy burnu. Qeorqi Sedov tərəfindən Kruşeniya burnunda böyük naviqasiya işarəsi qoyulmuşdur"В ледяных просторах".

Adanın qərb sahilləriin mərkəzində yaşayış yeri vardır.

Mağaralar Mağaraların böyük qismi adanın şimal-qərb sahillərində yerləşir. Onlar dənizin fəaliyyəti nəticəsində meydana gəlmişdir. Ən iri mağara Kruşeniya burnundan cənub-qərbdə yerləşir. Onun uzunluğu 110–120 metrdir. Mağaranın hündürlüyü 12–15 metrdir. Qışda mağaranın əsas girişi buzlaqla örtülür. Mağaraları ilk dəfə Qeorqiy Sedov 1912–1914-cuü illər ekspedisiyası zamanı araşdırmışdır.

Tarixi məlumat 21 iyul 1835-ci ildə Pyotr Pastuxovun ekspedisiyasına məxsus olan gəmi buzlar arasında dağılır. Ekspedisiya üzvləri iki şxunda xilas olurlar. Onlar adada düşərgə qurmalı olurlar. Ekspedisiya üzvləri sonradan xilas edilir"Сто великих географических открытий" — Рудольф Константинович Баландин, Вячеслав Алексеевич Маркин 1913-cü ilin 22 apreldən 5 may tarixinə qədər adaları araşdıran Sedov ada sahillərinə yaxın mağaralar kəşf etmişdir"В ледяных просторах".

İstinadlar

Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Yeni Torpaq arxipelaqı adaları Kateqoriya:Barens dənizinin yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları