Konstantinos Mavropanos (11 dekabr 1997-ci ildə anadan olub) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Arsenal klubunda müdafiəçi kimi çıxış edən peşəkar Yunanıstan futbolçusu.
Karyerası
PAS Giannina Mavropanos Afina şəhərində anadan olmuşdur. Mavropanos öz futbolçu karyerasına səkkiz yaşı olarkən Apollon Smurni klubunun akademiyasında başlamışdır. O, 2016-cı ilin yanvar ayında Yunanıstan Superliqası təmsilçilərindən olan Giannina klubu ilə üç illik müqavilə imzalamışdır. Mavropanos Giannina klubu ilə debütünü 29 noyabr 2016-cı ildə Yunanıstan Kubokunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmış və komandası 1-0 hesabı ilə qalib gəlmişdir.
Mavropanos liqada debütünü Giannina klubu ilə 5 aprel 2017-ci ildə Veria klubuna qarşı oyunda etmişdir. O, 57-ci dəqiqədə meydandan çıxmış və komandası 3-0 hesabı ilə məğlub olmuşdur. O, ilk qolunu 19 avqust 2017-ci ildə mövsümün ilk liqa görüşündə Asteras Tripoli klubuna qarşı oyunda etmişdir. O, 19-cu dəqiqədə qolla yadda qalmış və komandası 2-1 hesabı ilə qalib gəlmişdir. Mavropanos 27 avqust 2017-ci ildə Afina klubuna qarşı oyunda görüşün ən yaxşı futbolçusu seçilmişdir.
Arsenal 4 yanvar 2018-ci ildə Mavropanos İngiltərə Premyer Liqası təmsilçilərindən olan Arsenal klubu ilə müqavilə imzalamışdır.
Karyera statistikası
KlubMövsümLiqaKubokKontinentalÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolPAS Giannina2016–17Yunanıstan Superliqası2020——402017–18Yunanıstan Superliqası1432000163Ümumi1634000203Arsenal2017–18Premyer liqa0000——00Ümumi karyera1634000203
İstinadlar
Kateqoriya:Arsenal FK futbolçuları Kateqoriya:Afinada doğulanlar Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Vest Hem Yunayted FK futbolçuları Kateqoriya:Yunanıstan Super Liqası futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Yunanıstan futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Ştutqart FK futbolçuları Kateqoriya:Almaniyada legioner futbolçular