Azadlıq döyüşü: Horadiz əməliyyatı — qısametrajlı sənədli televiziya filmi 2013-cü ildə Azərbaycan televiziyasında istehsal edilmişdir. Film 1993-cü ilin dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz qəsəbəsi üzrə Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən azadlıq döyüşü olan Horadiz əməliyyatından bəhs edir.
Məzmun Film 1993-cü ilin dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz qəsəbəsi üzrə Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən azadlıq döyüşü olan Horadiz əməliyyatından bəhs edir.
Nəticədə, Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi.
Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2013-cü ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı
İstinadlar
Kateqoriya:2013-cü ilin filmləri Kateqoriya:2013-cü ilin Azərbaycan filmləri Kateqoriya:Horadiz