Zakir Nəriman oğlu Bağırov () — Azərbaycanın mədəniyyət və elm xadimi, Azərbaycan SSR Mədəniyyət naziri (1971–1988), Azərbaycan SSR Ali Sovetinin deputatı.
Həyatı Zakir Bağırov Moskva Aviasiya İnstitutunda təhsil alan ilk azərbaycanlı gənclərdən biri olub. Lakin, idman zamanı ayağının sınması ona karyerasını pilot kimi davam etdirməyə mane olur. Moskvadan Bakıya qayıtdıqdan sonra səhhəti ilə bağlı uzun müddətli müalicələrdən sonra yenidən təhsilini davam etdirmək qərarına gəlir. Azərbaycan Dövlət Universitetinə qəbul olur. 1953-cü ildə bu ali məktəbi əla qiymətlərlə bitirib və Fəlsəfə kafedrasında saxlanılıb. Pedaqoji fəaliyyətlə yanaşı, elmə olan marağı onu o vaxtkı SSRİ EA-nın Fəlsəfə İnstitutunun aspiranturasına aparıb. Nəhayət, Zakir Bağırov təhsilini başa vurub yenidən Azərbaycana qayıdıb. Azərbaycan Elmlər Akademiyasında fəlsəfə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Professor Gülrux Əlibəyli Zakir Bağırov haqqında yazıb:
Zakir Bağırov göstərdiyi fəaliyyətlər nəticəsində 42 yaşında Azərbaycanın mədəniyyət naziri vəzifəsinə layiq görülür. Məşhur bəstəkar Tofiq Quliyev onun haqqında bildirirdi:
Politoloq İlqar Vəlizadənin söyləyirdi:
Fəaliyyəti Zakir Bağırov Mədəniyyət Nazirliyinə rəhbərlik etdiyi dövrdə mədəniyyətimizin inkişafı üçün həqiqətən çox işlər gördü. Onun haqqında tədqiqat aparanlar yazırlar ki, Zakir Bağırovun təşəbbüsü ilə Bakıda müasir tələblərə cavab verən Bakı Xoreoqrafiya Məktəbi tikildi. Bir sıra mədəniyyət ocaqları təmir edildi, yeni orkestrlər yarandı. Gözəl memarlıq binasında yerləşən Mahnı Teatrı təşkil olundu. Üzeyir Hacıbəylinin, Səməd Vurğunun, Cəfər Cabbarlının ev-muzeyləri məhz onun nazir olduğu dövrdə açıldı. Azərbaycan sirk kollektivi də Zakir Bağırovun təşəbbüsü ilə yaradıldı. Zakir Bağırovu yaxından tanıyanlar onun çox səmimi və həssas ziyalı olduğundan söz açırlar. Xasiyyətindəki səxavətlilik, sözübütövlük, dəqiqlik, mərdlik, alicənablıq, yüksək nəzakətə malik olması ona mədəniyyət işçiləri arasında rəğbət qazandırmışdı. Zakir Bağırov Qara Qarayev, Niyazi, Tofiq Quliyev, Fikrət Əmirov, Toğrul Nərimanbəyov, Rəşid Behbudov kimi şəxsiyyətlərlə dostluq etməyi çox sevərdi. Hətta o zaman gənc bəstəkar olan Polad Bülbüloğluna da çox diqqət və qayğı ilə yanaşardı: "Mən inanıram ki, sən gələcəkdə Azərbaycanın mədəniyyət naziri olacaqsan. Ona görə də mədəniyyət aləminin ən kiçik detalından nəhəng abidəsinə kimi hər bir şeyi dəqiq bilməli və öyrənməlisən". Sonralar bu fikri dilə gətirən Polad Bülbüloğlu Zakir Bağırovu tez-tez xatırlayardı.
1989-cu ildə Bakıda vəfat edən Zakir Bağırov Azərbaycan mədəniyyətinə rəhbərlik edən beşinci nazir olub.Flora Xəlilzadə, "Azərbaycan" qəzeti
Xarici səfərləri Zakir Bağırov 1987-ci ildə SSRİ və Türkiyə münasibətlərinin genişləndirilməsi məqsədilə Türkiyəyə getmiş və orada Mədəniyyət və Turizm Naziri Məsud Yılmazla görüşmüşdür.
Ailəsi Zakir Bağırov məşhur Bağırovlar nəslinin nümayəndəsidir. Bu ailədə göz açmış çox məşhur simalar olub: tarixçi-filosof Əhəd Bağırzadə, tarixçi Nüsrət Bağırov, polkovnik Adil Bağırov, filoloq Nuridə Bağırova və nəhayət, mədəniyyət xadimi, filosof-alim Zakir Bağırov. Bu ailənin nəsil şəcərəsindən olan Faiq Bağırov Azərbaycanın Türkiyədəki səlahiyyətli və fövqəladə səfiri olmuşdur.
Qalereya
İstinadlar
Kateqoriya:Azərbaycanın mədəniyyət nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları