Qara dənizin su altı çayı — Mərmərə dənizindən Bosfor boğazından keçməklə Qara dənizin içərilərinə doğru axan duzlu axın cərəyan. Bu su altı çayın axdığı nov 35 m dərinliyə, 1 km enə və 50 km uzunluğa sahibdir. Bu axından sular 6,5 km/s sürəti ilə axır. Buradan axas suyun həcmi hər saniyədə 22 min. m³ təşkil edir. Bu su altı axarda çaylara məxsus elementlər vardır. Məsələn sahillər, astanalar, şəlalər müşahidə edilir.
Qara dənizin dibi ilə axan bu kanallar 6 min il öncə meydana gəlmişdir. Belə düşünülür ki bu novlar, Aralıq dənizindən Qara dənizə axan su axınları zamanı formalaşmışdır. Bu novlarla bu gündə su hərəkət edir.
Bu su altı kanal Lids Universitetinin alimləri tərəfindən 1 avqust 2010-ci ildə kəşf etmişlər. Bu dünyada kəşf edilən ilk su altı çay olmuşdur. Buna bənzər kanallardan biri Amazon çayının mənsəbində başlayır və Atlantik okeanın daxilinə doğru hərəkət edir. Buna bənzər su altı çaylarda təcrübə işi aparmaq ancaq xüsusi qurğularla aparıla bilir..
İstinadlar
Mənbə Revisiting bedform dynamics in the deep-sea
Kateqoriya: Qara dəniz Kateqoriya:Fiziki okeanologiya Kateqoriya:Bosfor Kateqoriya:Sahil və okean relyef formaları