Nurvest-Şpitsbergen Milli Parkı () — Şpitsbergen arxipelaqınına daxil olan Qərbi Şpitsbergen adasının şimal-qərbində yerləşən milli park. Park I Albert Torpağı, VII Hokon Torpağı, Danskyoya və Moffen adaları əhahə edir. Milli park 1 iyun 1973-cü ildə kral əmri ilə təsis edilmişdir. Milli park ərazisi 9 914 km²-dir. Park ərazisində dəniz quşları, Şimal maralı, Qütb tülküsü kimi canlıları görmək mümkündür. Ağ ayılar isə əraziyə qışlamağa gəlirlər. Həmçinin morjları belə müşahidə etmək olur. Park ərazisində 17-ci əsrə aid olan Balina ovçusularının məzarları vardır. Əraziyə daxil olan Danskyoya adasından Şimal qütbünə təşkil olunmuş bir çox ekspedisiyalar başlandışdır.
Geotermal mənbələr Nurvest-Şpitsbergen Milli Parkı ərazisində 80° şimal enliyində, Bokfiorden körfəzindən şimalda, Şimal qütbünə ən yaxın Trol və Yotun geotermal mənbələri yerləşir. İlk dəfə onlar haqqında yazılı məlumat 1800-cü illərin sonlarına aiddir. Hoel () və Haltedal ()Lavadaekkerne, vulkanerne og de varme kilder ved Wood Bay paa Spitsbergen, A. Hoel, O. Haltedahl, Naturen 37, 3–19 (Oslo), 1913. bu mənbələrdə tədqiqat işləri aparmışdır. Onlar müəyyən etmişlər ki, suyun temperaturu Yotunda 24,5 °C, Trolda isə 28,3 °C-dir.
Mənbə Yotun və Trol geotermal mənbələrinin xarakterik xüsusiyyəti
İstinadlar
Kateqoriya:Şpitsbergen milli parkları Kateqoriya:1973-cü ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Kateqoriya BTMİ II