Yol məşhur filmi rejissorlar Yılmaz Güney və Şərif Görən tərəfindən 1981-ci ildə ekranlaşdırılmışdır. Dram, cinayət, triller janrında olan bu film "Güneyfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Tarık Akan, Şərif Sezər, Xəlil Ərgün, Maral Orxansoy ifa edirlərAkan, Tarık (2002). Anne Kafamda Bit Var. Can Yayınları. ss. sayfa 134..

Məzmun İmralı həbsxanasından çıxan 5 məhbusun həyatından bəhs edir. Film haqqında Film çəkilməyəndən əvvəl ssenaridə adı Bayram idi; Film Yılmaz Güneyin ən yaxşı filmi olaraq tanınır; Filmin çəkilişləri zamanı Yılmaz Güney həbsdə olmuşdur və həbsdən filmi çəkən Şərif Görənə məsləhətlər vermişdir; 1980-ci il Türkiyədə baş verən hərbi çevirilsdən, Türkiyədəki kürdlərin həyatından bəhs edən film xaricdə böyük baxış sayına yüksəldikdən sonra Türkiyədə qadağan olunub. 17 ildən sonra qadağan olunması qaldırılmış və Güneyin həyat yoldaşı Fatoş Güney tərəfindən 1999-cu ildə göstərilmişdir; Filmin qazandığı mükafat türk filmləri tarixində qazanılmış ən böyük mükafatdır; Film qadağan olunmuş vaxt, iki tələbə 1989-cu ildə filmi izləyərkən həbs olunub.

Festivallar və mükafatlar 1982-ci il Kann kinofestivalı Qızıl Palma budağı mükafatı. 1983-cü il ABD film festivalı "Ən yaxşı xarici film" nominasiyasında Qızıl kürə mükafatı .

Göstəriliş Film nümayiş olunan ölkələr: — 1982 ABŞ — 1982 Portuqaliya — 1982 Hollandiya — 1982 İspaniya — 1982 Almaniya — 1982 Danimarka — 1982 Finlandiya — 1982 İsveçrə — 1982 Belçika — 1983 Macarıstan — 1983 Yaponiya — 1985 Cənubi Koreya — 1989

Rollarda Tarık Akan — Seyid Əli Şərif Sezər — Zinə Xəlil Ərgün — Mehmet Saleh Nəcməddin Çobanoğlu — Ömər Tuncay Ağca — Yusif Maral Orxansoy — Əminə Səmra Uçar — Gülbahar Hikmət Çəlik — Mövlud Sevda Ağtolqa — Maral Halə Ağınlı — Seyran Turqut Savaş — Zafər Hikmət Daşdəmir — Şövkət Əngin Çəlik — Mirzə Osman Bardağçı — Bərbər Əlim Ənvər Günəy — Cində Ərdoğan Serən — Abdulla

İstinadlar

Həmçinin bax Türkiyə filmlərinin siyahısı 1981-ci ilin filmləri 1980-cı illərin filmləri

Kateqoriya:Qızıl Palma Budağı qalibləri Kateqoriya:1982-ci ilin filmləri Kateqoriya:Türkiyənin dram filmləri Kateqoriya:Türkiyə haqqında filmlər Kateqoriya:Türkcə filmlər Kateqoriya:Həbsxana filmləri Kateqoriya:Dramlar