Corc Mid (; ) — Amerikan filosofu, sosioloq, psixoloq

Həyatı Mid 1863-cü 27 fevral tarixində, Masaçusetsdə, Cənubi Hadley-də anadan olmuşdur. O, protestant, orta sinif ailəsində doğulmuşdur- atası Hiram Mead, anası Elizabeth Storrs (Billings) Mead və bacısı Alisdən ibarət ailəsi vardı. Atası keçmiş konservalist pastor idi, anası isə Oberlin Kollecinin ilahiyyat seminariyasında Müqəddəs Retorik və Pastoral İlahiyyat kafedrasında oxumuşdur. Elizabet Storrs Mead iki il Oberlin Kollecində oxudu və sonradan, 1890-cı ildən 1900-cü illərə qədər, Cənubi Hadley, Massaçusets ştatının Mount Holyoke Kollecinin başçısı olaraq çalışdı.Baldwin, John (2009). George Herbert Mead. Sage. p. 7. ISBN 0-8039-2320-1.

Corc Mid də həmin kollecdə ilk təhsilini almışdı. 1887-ci ilin payızında Mid Harvard Universitetinə daxil olmuşdu. Onun əsas maraqlandığı sahələr fəlsəfə və psixologiya idi. O, Josiah Roys birgə oxuduğu müddətdə, ondan çox təsirlənmişdi və düşüncələri formalaşmağa başlamışdı. Daha sonra Almaniyaya-Leypziqə gedən Mid burada Vilhelm Vuntdan "jest" konsepsiyasını öyrəndi. Bu konsepsiya onun sonrakı işlərinin mərkəzi oldu.

O, 1891-ci ildə Helen Kinqsburqla ailə həyatı qurduCook, Gary A. (1993). George Herbert Mead: the making of a social pragmatist . University of Illinois Press. p. 4. ISBN 978-0-252-06272-8.. Təhsilinin hələ bitməməsibnə baxmayaraq Mid Miçiqan universitetində vəzifə ala bildi. O, həmçininn Çarls Kuliy və Con devey ilə tanış oldu.Miller, David (2009). George Herbert Mead: Self, Language, and the World. University of Texas Press. pp. xii–xix. ISBN 0-292-72700-3. 1984-cü ildə o, Devey ilə birlikdə Çikaqo universitetində işləməyə başladı və ömrünün sonuna qədər burada qaldı. Deveyin təsiri onun təhsil nəzəriyyəsinə çevrildi. Ancaq onun düşüncəsi Deveydən fərqlənirdi. Onun nəzəriyyəsi cəmiyyətə psixoloji tərəfdən yanaşırdı.Ritzer, George (2008). Sociological Theory. McGraw-Hill. ISBN 978-0-07-352818-2.

Corc Mid və simvolik interaksionizm Sosiologiyanın klassiki kimi, şübhəsiz, haqlı olaraq indi də bu cür qəbul olunan Corc Herbert Mid özünəməxsus yer tutur. Bütün ömrü boyu bir kitab belə çap etdirməmiş, özünün bilavasitə şagirdlərinin və həmkarlarının dairəsindən kənarda praktik olaraq tanınmamış olan bir şəxsi klassik hesab etmək olarmı? İxtisas məşğuliyyəti sahəsinin fizioloji psixiologiyadan və fəlsəfədən ibarət olan bir mütəfəkkiri sosiologiyanın klassiki hesab etmək olarmı? Bütün bu yerli suallara baxmayaraq Midin ölümqabağı nəşr olunmuş kitablarının və çoxsaylı jurnal məqalələrinin əsasında yaradılan sosial psixologiyanın əsaslandırılmasına çalışmasının əhəmiyyəti bizə haqq verir ki, onu klassiklər kateqoriyasına aid edək. Bundan əlavə nəzərə alsaq ki, onun əsaslı ideyaları demək olar, müstəsna dərəcədə sosioloqlar arasında daha da inkişaf etdirirlmişdir; bu dairədə Mid tez-tez sitat gətirilən nüfuz olmuşdur; onun formulə etdiyi anlayışlar isə peşəkar deyimlərinin ayrılmaz hissəsinə çevrilmişdir; təəccüblənməmək olar ki, onun ən tanınmış sosioloqlar cərgəsinə daxil edirlər.

Midin təsirinin tarixçisi hər şeydən əvvəl bundan ibarətdir ki, o sosiologiya məktəblərindən biri olan, ictimai strukturların açıqlığına və fəaliyyətdə olan şəxslərin subyektiv şüuruna xüsusi diqqət yetirən simvolik interaksionizmin banisi olmuşdur; uzun müddət kölgədə qalmış məhz bu məktəb özünə yaxın olan fenomenoloji sosiologiya ilə birlikdə funksionalizmin aradan qaldırılması dövründə daha böyük nüfuz qazanmağa başlamışdır.Qərbi Avropa və ABŞ-də sosiologiya tarixi. Bakı 2010. s 441

Tarixi-fəlsəfi mövqelər Mid Kantdan sonra alman idealizminin Fixtenin, Şellinqin və Hegelin əsərlərində inkişaf etdirildiyini məhz bu nöqteyi-nəzərdən göstərir. Həmin üç filosofda "Mən"in "Qeyri-Mən" vasitəsilə reallaşdırılması və özinikas problemin mərkəzi yer tutsa da, bununla belə onların hamısı fundamental transsendental-fəlsəfi struktura tərəfdar olaraq qalırlar və ayrıca subyektdən çıxış edirlər.

Beləliklə, fərdi perspektivlərin əlaqəsi məsələsi labüd şəkildə ümumi məsələyə çevrilir: birliklərin iradə yaradacılığının yerini tutan mütləq ilahi "Mən"in funksiyasına zərurət yaranır; söhbət idrakın ilkin tarixi şərtləri məsələsindən gedir, çünki indi tarix və hətta təbii tarix müəyyən borc estetik yaradıcılıq və ya refleksiya materallarından yaranan kateqoriyalarla izah olunmalıdır; gələcəyin açıqlığı və yarada bilməsi məsələsidir, çünki indi mütləq bilik və tarixin sonunun müəyyənləşdirilməsi qeyri-müəyyənliyi aradan qaldırır, elm isə biliyin tabe tərkib hissəsinə çevrilir. Mid alman idealizmini tənqid edərək, onu fərdiliyi tarixi-fəlsəfi qarşılıqlı əlaqələrdə əriyib getməyən konkretliyi ilə tam əhatəyə etməyə qadir olmadığına görə, həmçinin eksperimental elmlərin tam başa düşülməsindən irəli gələn nəticələrə gəlib çata bilmədiyinə görə günahlandırırdı.Qərbi Avropa və ABŞ-də sosiologiya tarixi. Bakı 2010. s 443

Bu çatışmazlığın aradan qaldırılmasını, doğrudur, Mid heç tanımadığı sol hegelçilərə, həmçinin Middə şərhi eybəcərləşdirilmiş şəkildə görünən Maksla (8) qətiyyən əlaqələndirmirdi. Midin "problemin yeni konustruktiv ifadə edilməsi"nə ümidləri psixologiya ilə əlaqələndirilirdi. Bu psixologiya isə Darvinin təkamül nəzəriyəsinin təsirinə məruz qalıb, ruhu üzvi təbiətlə, sonralar isə nisbilik nəzəriyyəsinin, fəlsəfi adaptasiya ilə xüsusilə də Uatheddə olduğu kimi qırılmaz surətdə əlaqələndirir. Midin anlamında Darvinin təkamül nəzəriyyəsi fəlsəfi ənənəyə lap əvvəldən zidd gəlir. Midin orqanizmin sağ qalmaq üçün uyğunlaşmalı olduğu xarici aləmdə prinsipial modeli hər cür biliyin davranışla əsaslandırılmasına və hər cür davranışın ilkin olaraq təşkil olunmuş "Mən"in şüurundan çıxış edərək davranışın və nəticədə xarici aləmi hasil etmək əvəzinə özü özünü və öz növünü təbiətlə şərtlənmiş şəkildə yenidən istehsal etmək zərurəti ilə əsaslandırılmasına kömək edir. Darvinin növlərin mənşəyi nəzəriyyəsi inkişafın mexanistik və yaxud teleoloji izahının alternativini aradan qaldırır. Mid və bütövlükdə praqmatizm üçün determinist konsepsiyasının izahı zamanı Darvin əsas dəlil deyildir. Əksinə, burada heyvanların uyğunlaşa bilmə proseslərinin əsas strukturunu insanların şüurlu davranışına primitiv analogiya kimi və praqmatizmin özünün "məntiqi ümumiləşdirilməsi" hesab etdiyi eksperimental elmlərin metoduna primitiv analogiya kimi şərh etməyə təşəbbüs göstərilir.Med G. H. A pragmatic theory of truth // Studies in the nature of truth. Univ. Calif. Publ. in Philos. 1929. No 11. p 55

Midin düşüncələri gedişində birinci addım belə bir nəticədən ibarətdir ki, qıcıqlanma orqanizmin aktiv surətdə axtarmaqda olduğu davranışın özləri üçün sövqedici gərginliyinin müvcud olduğu müəyyən üsullarının ifadə edilməsi imkanlarıdır. Beləliklə, qıcıqlanma və reaksiya arasında birtərəfli, qövsəbənzər əlaqə deyil, dəyişən dairəşəkilli münasibət mövcuddur. Davranış problemi ortaya çıxan zaman, yəni iki implus arasında münaqişə yarananda və yaxud davranışa ətraf mühit tərəfindən yaradılan maneələr ortaya çıxdıqda bu cür problemi təsadüfi axtarış vasitəsilə, yaxud sınaq və səhvlər metodu ilə həll edirlər. İnsanda isə əksinə,- bu isə ikinci addımdır – fəaliyyətin həyata keçirilməsi qarşısındakı maneə ilə bağlı olan oxşar stiuasiya şüurda yaranır. Fəaliyyətin həyata keçirilməsi yolundakı maneə ətraf aləmin obyektlərinə yönəldilmiş diferensiasiya olunmuş diqqət doğurur; bu diqqətin məqsədi fəaliyyəti davam etdirmək imkanını təmin etməkdir. Deməli, şüur insanın konstitusional şəraitində fəaliyyət üçün funksional zərurətdir, sadəcə əlavə hadisə deyildir. Mid funksional psixologiya nəzəriyyəsinin baniləri sırasına daxildir. Funksional psixologiya bütün psixi prosesləri və hadisələri onların həyat prosesləri üçün funksional əhəmiyyət baxımından tədqiq etməyə çalışır. Lakin Mid mərkəzi məqam olaraq psixi hadisələrin özünün funksionallığı məsələsini irəli sürməklə daha da irəliyə gedir.Qərbi Avropa və ABŞ-də sosiologiya tarixi. Bakı 2010. s 444–445

Məsələnin bu cür qoyuluşu həmçinin buna gətirib çıxarır ki, Mid sonralar özü barəsində "funksionalizm" anlayışını işlətmir. Psixi olan məxsusi substansiya deyil və bu cür xarakteristika ilə ya razılaşıb ya da onu inkar edən alimlərin bütün nöqteyi – nəzərləri psixi olana substansional münasibətləri məsələsini irəli sürür və bu münasibətləri ya inkar edir yaxud da işlənilmə dərinliyinə görə müxtəlif müxtəlif olan, psixiki –fziki parallelizmdən bəhs edən nəzəriyyələrdə yanlış olduğu aşkara çıxır. Midə görə psixi olanın mənbəyini fəaliyyətin müntəzəm olaraq təkraralanan strukturu təşkil edir: psixi olan "fəaliyyət prosesində böhran"dır. Bu böhran isə həmişə fərdi və konkret olur. Əgər fəaliyyət prosesində maneələr yaranarsa, reaksiyaların implusları və sxemləri artıq bir – birinə uyğun gəlmir; elə bir faza formalaşır ki, həmin fazada bu implus və sxemlər yeni ardıcılıq aktının mümkün olması üçün sərbəst oyunun sərəncamına verilir. Üçüncü addım situasiyaların təhlilini aparır; fəaliyyətin davam etdirilməsi imkanını təmin etmək üçün obyektə yönəldilmiş yalnız təkcə bir kəskinləşdirirlmiş diqqət kifayət deyildir. Burada fəaliyyətdə olan insanın özünün stimul olduğu və bu səbəbə görə də özünün xüsusi hərəkətlərinə diqqət yetirməyə məcbur olduğu sosial stiuasiyalar nəzərdə tutulur, çünki bu hərəkətlər digər insanların reaksiyalarını, bununla da onun özünün reaksiyası üçün şəraiti müəyyən edir. Sosial situasiyalarda mənlik şüuru birinci dəfə olaraq funksional şüura çevrilir.Mead G. H. Scientific method and the moral sciences// İntern. J. Ethics. 1923. No 33. p 403

Yaradıcılıq Mid sosial psixologiyanı əsaslandırarkən kommunikasiyanın antropologiyası; sosial psixologiya ayrıca bir orqanizmin deyil, spesifik insan orqanizmlərinin kooperasiya təşkil edən qrupun davranışından çıxış edir. Mid üçün başlanğıc nə isə bir robinzonçuluq deyil, sosial əlaqələrə yenicə daxil olmalı olan və ümumzəruri dəyərləri təsdiq etməli olan təklikdə fəaliyyət göstərən insanın nəzərdən keçirilməsi deyil, sosial aktdır, kompleks qrup fəaliyyətidir. Sosial psixiologiya üçün hissə tamdan əhəmiyyətli deyil, tam (cəmiyyət) hissədən (fərddən) əhəmiyyətlidir; tam hissə və yaxud hissələr nöqteyi-nəzərindən deyil, hissə tam nöqteyi-nəzərindən izah olunur.

İnsan orqanizmləri qrupları insanaqədərki inkişaf mərhələsindəki şəraitdən fərqlənən şəraitə malikdir. Məsələn, həşərat koloniyalarının əksinə fzioloji diferensiasiyanın hesabına sərt əmək bölgüsü sisteminə zəmanət verilmir. Hətta onurğalı heyvanlara tətbiqən davranışın yalnız birxətli hökmranlıq iyerarxiyasında status qazanılması nəticəsində dəyişən sərt instinktiv formaları vasitəsilə qrup həyatının tənzimlənməsi prinsipi insan nəslinin üzvi, orqanik ilkin müqəddəm şərtləri müqabilində mümkün olmur. İnsan cəmiyyəti üçün əksinə, müəyyən davranış tiplərinin qarşılıqlı gözləmələri vasitəsilə təbiət tərəfindən qabaqcadan müəyyən edilmiş davranışın qrup fəaliyyətinə inteqrasiya olunması problem deyil, fərdi olanın inteqrasiyası problemi mövcuddur. Mid spesifik insan kommuniksiyasının mənşəyi barədə antropoloji nəzəriyyəsinin köməyi ilə buna nail olmağa imkan verən mexanizmi aşkara çıxarmağa çalışır. Bununla da kommmunikasiya hər şeydən əvvəl təhlil mərkəzinə keçir, lakin Midi bunda məzəmmət etmək səhv olardı ki, onun formulə etmiş olduğu cəmiyyət anlayışı yalnız kommunikasiya proseslərinə müncər edilir. Mid tam qətiyyətlə bəyan edir: "İnsan cəmiyyətinin mexanizmi bundan ibarətdir ki, fiziki fərdlər özlərinin kooperativ fəaliyyətləri prosesində fiziki şeylərlə manipulyasiya yolu ilə bir- birlərinə kömək edirlər və ya maneə olurlar"George Herbert Mead: The Genesis of the Self and Social Control" . Brocku.ca. Retrieved 2013–08–01.