Luk Kameron Russe (7 sentyabr 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Bristol Rovers klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu.

Karyerası

Bristol Rovers Russe öz karyerasına Bristol Rovers klubunun U-10 gənclər akademiyasında start vermişdir. 2017-ci ilin iyul ayında o, Portuqaliyada keçirilən mövsüm öncəsi məşqlərdə iştirak etmək üçün əsas komandaya çağırılmışdır.

O, öz peşəkar karyerasında debütünü 29 avqust 2017-ci ildə Uikomb Uonderers klubuna qarşı EFL Trofi görüşündə etmişdir. O, 71-ci dəqiqədə Biron Muru əvəz etmiş və komandası 5–1 hesabı ilə qalib gəlmişdir. 31 oktyabrda Russe turnirdə Vest Hem Yunayted U-23 klubuna qarşı oyunda 90 dəqiqə meydanda mübarizə aparmış və komandası rəqibinə 3–1 hesabı ilə məğlub olmuşdur.

Karyera statistikası

+Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaFA KubokuLiqa KubokuEFL TrofiDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolBristol Rovers2017–18Liqa Bir000000200020Ümumi karyera000000200020

İstinadlar

Kateqoriya:İngiltərə futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri