İlham İslam oğlu Abbasov () — Azərbaycanı təmsil edən sərbəst güləşçi.

Karyerası İlham Abbasov 1993-cü ildə İstanbul şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin final görüşündə Rusiya nümayəndəsi Məhəmməd Əzizova məğlub olan İlham Abbasov Avropa Çempionatının gümüş medalına sahib oldu. Bununla da İlham Abbasov Avropa Çempionatında medala sahib olan birinci azərbaycanlı sərbəst güləşçi oldu.

1994-cü ildə Roma şəhərində baş tutan Avropa Çempionatını isə İlham Abbasov beşinci pillədə başa vurdu.

Nəticələri SıraİlYarışEv sahibiNəticə11993Avropa Çempionatı İstanbul2.21994Avropa Çempionatı Roma5.

İstinadlar

Kateqoriya:Cəlilabadda doğulanlar Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri