Yevgeni Gegeçkori — (tam adı: Gegeçkori Yevgeni Petroviç, ; ) — Gürcüstanın istiqlal hərəkatı xadimi, sosial-demokrat.
Həyatı 1881-ci il yanvar ayının 20-də Kutais quberniyasının Senaksi qəzasının Martvili şəhərində anadan olmuşdur. Kutais gimnaziyasında təhsil alıb, 1902-ci ildə oranı bitirdikdən sonra Moskva Universitetinin hüquq fakültəsinə qəbul olub.
Fəaliyyəti 1903-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvlüyünə qəbul edilib. 1905-ci ildə Qərbi Gürcüstanda baş verən inqilabi hadisələrdə iştirak edib. 1907-ci ildə Moskva Universitetini bitirdikdən sonra Kutais dairə məhkəməsində vəkil köməkçisi vəzifəsinə təyinat alıb. Həmin ilin oktyabrında Kutais quberniyasından III Dövlət dumasına deputat seçilib. Həmin vaxtı menşeviklərin tərəfində çıxış edərək sosial-demokrat fraksiyasının liderlərindən biri olub. Fevral inqilabından (1917) sonra Gegeçkori Gürcü sosial-demokrat partiyasının rəhbərlərindən biri oldu. 1917-ci ilin noyabrında Yevgeni Gegeçkori Zaqafqaziya Komissarlığının sədri seçilmişdir. 1918-ci ilin fevralında isə Zaqafqaziya seymi, Gegeçkori başda olmaqla, Zaqafqaziya hökumətini təşkil etmişdir.Histoire de Géorgie par Alexandre Manvelichvili, Paris, 1951, Nouvelles Éditions de la Toison d'Or, p. 421 1918-ci ilin aprelində yaradılan Ali Müdafiə Şurasına daxil idi. 1918-ci ilin mayından Gürcüstan Respublikasının xarici işlər naziri olmuşdur. 1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti elan edildikdən onra Fransaya mühacirət etmişdir.Убийство Столыпина. Свидетельства и документы'; ред. Серебренников, А.; Изд-во: Рига: Инфа, 1990, с. 257 1953–1954-cü illərdə Gürcüstan Demokratik Respublikasının mühacir hökumətinin sədri vəzifəsini tutumuşdur. 5 iyun, 1954-cü il tarix ində Parisdə vəfat edib.Luc Méloua : "Les tombes géorgiennes du cimetière de Leuville-sur-Orge"
Xarici keçidlər ADLAR DİZİNİ
Kateqoriya:Gürcüstanın xarici işlər nazirləri Kateqoriya:Ümum-Rusiya Müəssislər Məclisinin üzvləri Kateqoriya:Gürcüstan Müəssislər Məclisinin üzvləri Kateqoriya:Gürcüstan inqilabçıları Kateqoriya:Menşeviklər