Stanislav İosifoviç Rostotski (; ) — rus-sovet kinorejissoru, ssenarist və aktyoru. SSRİ xalq artisti (1974). SSRİ dövlət mükafatı laureatı (1970, 1975). 1951-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü.

Həyatı Stanislav Rostotski 1922-ci ildə Rıbinsk şəhərində anadan olmuşdur. 1952-ci ildən kino fəaliyyətinə rejissor kimi başlamışdır. Əhvalat Penkovda baş vermişdir (1958), Bazar ertəsinədək yaşayıb görərik (1968), Şəfəqlər burada sakitdir (1972), Qaraqulaq ağ Bim (1977) və s. filmlər çəkmişdir. Onun bir çox filmləri ümumdünya kinofestivallarında mükafatlar qazanmışdır. 1974-cü ildə SSRİ xalq artisti adına layiq görülmüşdür. Stanislav Rostotski 2001-ci ildə Leninqrad vilayətinin Vıborq şəhərində vəfat etmişdir.

Mükafatlar və fəxri adları RSFSR əməkdar incəsənət xadimi (12 iyun 1964); RSFSR xalq artisti (29 sentyabr 1969); SSRİ xalq artisti (1974); Lenin mükafatı — Qaraqulaq ağ Bim (1977) filminə görə; SSRİ dövlət mükafatı (1970) — Bazar ertəsinədək yaşayıb görərik (1968) filminə görə; SSRİ dövlət mükafatı (1975) — Şəfəqlər burada sakitdir (1972) filminə görə; Lenin komsomolu mükafatı (1974) — Şəfəqlər burada sakitdir (1972) filminə görə; Lenin ordeni (20 aprel 1982) — sovet kino sənətinin inkişafında xidmətlərinə görə ad günü münasibətilə; "Oktyabr inqilabı" ordeni; "Qırmızı əmək bayrağı" ordeni; Vətən Müharibəsi Ordeni; "Qırmızı Ulduz" ordeni;

Filmoqrafiya İlFilmin adıŞəkilFilmin orijinal adıFəaliyyəti1952Yollar-yolağalarRejissor1953Sirli tapıntıİkinci rejissor1955Torpaq və insanlarRejissor1957Əhvalat Penkovda baş vermişdirRejissor, ssenari müəllifi1959May ulduzlarıRejissor1962Yeddi küləkdəRejissor, ssenari müəllifi1963Qış etüdləriRejissor1966Zəmanəmizin qəhrəmanıRejissor, ssenarist1968Bazar ertəsinədək yaşayıb görərikRejissor1971On beşinci baharRejissor1972Şəfəqlər burada sakitdirRejissor1977Qaraqulaq ağ BimRejissor, ssenarist1979Kinoaktyor peşəsiRejissor1980Uçan qusarlar eskadronuRejissor1985Daşlarda da ağaclar bitirRejissor1989Fyodor Kuzkinin həyatındanRejissor1998Bıçaq üstəAktyor

İstinadlar

Xarici keçidlər "Сегодня ни от кого не услышишь — 'Мне стыдно!" — интервью Эльги Лындиной с С. И. Ростоцким

Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Stanislav Rostoskinin filmləri Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun müəllimləri Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Rusiya aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:XX əsr publisistləri Kateqoriya:Rusiya publisistləri Kateqoriya:SSRİ publisistləri Kateqoriya:Rusiyanın teatr pedaqoqları