Dayan Kiton (; həqiqi adı — Dayan Holl, ; ) — ABŞ aktrisası, kinorejissoru və prodüseri.

Dayan Kiton Oskar kino mükafatını, "Qaydalı və qaydasız mükafat" filmindəki roluna görə "Qızıl qlobus" mükafatını, "Enni Holl" filmindəki ən yaxşı qadın roluna görə "BAFTA" mükafatını almışdır. ABŞ hüdudlarından kənarda Frensis Ford Koppalanın "Xaç atası" (1972, 1974 və 1990) film trilogiyasında və Allen Vudinin filmlərindəki rollarına görə tanınmışdır. Dayan Kitonun iştirakı ilə çəkilən filmlər 2,7 milyard dollardan çox gəlir qazandırmışdır..

Tərcümeyi-halı Dalan Kiton aktrisalıq fəaliyyəti üçün anası Dominis Dunnenin qızlıq soyadını götürmüşdür.Dominic Dunne. "Hide and Seek with Diane Keaton". Vanity Fair. February 1985.. 1969-cu ildə o, "Saçlar" musiqisi ilə ilk dəfə səhnəyə çıxmışdır. Elə həmin dövrlərdə onun Allen Vudi ilə uzun müddət davam edən əməkdaşlığı başlamışdır, bu əməkdaşlığın ən pik nöqtəsini "Enni Holl" komediyasındakı baş rola görə aldığı Oskar mükafatı oldu.

Dayan Kitonun Allen Vudi ilə münasibətləri çəkiliş meydançasından kənarda da inkişaf etsə də,Lax, Eric. Woody Allen: A Biography (Paperback). ISBN 0-306-80985-0. Da Capo Press; Updated edition (December 2000), p. 308. onlar ayrıldılar və Dayan Kiton Uorren Bitti ilə yaxınlaşdı. Onlar birlikdə tarixi film olan və Oskar mükafatına təqdim olunan "Qırmızılar" filminin çəkilişində birlikdə işlədilər. Onun yaradıcılıq fəaliyyətində 1996-cı ildə çəkilmiş və baş rolda ifasına görə "Oskar"a təqdim olunan "Marvinin otağı" filmi, 2003-cü ildə çəkilmiş "Qaydalı və qaydasız məhəbbət" filmi, rejissoru olduğu "Tvin Piks" serialı və prodüseri olduğu, 2003-cü ildə "Qızıl palma budağı" mükafatı alan "Fil" filmi əsas yer tutur.

Dünya kino tarixində Dayan Kiton plastik cərrahiyəyə kəskin mənfi münasibətilə tanınmışdır.Nancy Griffin. "American Original" More Magazine. March 2004.. 2006-cı ildən o, L'Oreal kosmetik firmasının nümayəndəsidir."People and Accounts of Note. June 5, 2006. The New York Times. Retrieved November 6, 2010..

Şəxsi həyatı Dayan Kiton heç vaxt ərdə olmamışdır. O, qızı Deksteri (1996-cı ildə anadan olmuşdur) və oğlu Dyuku (2001-ci ildə anadan olmuşdur) övladlığa götürmüşdür.Brad Stone. "Defining Diane". More magazine. July/August 2001.Paul Fischer. Diane Keaton: Happily Single and Independent . Film Monthly. December 2, 2003. Retrieved March 26, 2006..

Məlumatlara görə Dayan Kiton 2011-ci ildə dəri xərçənginə tutulsa da, ona qalib gəlməyi bacarmışdır..

Filmoqrafiya Filmin çəkilmə iliFilmin adıFilmin orijinal adı Fəaliyyəti-rolu1970 Sevgililər və digər yabançılar Joan Vecchio1972 Xaç atası Key Adams1973 Yatan adam Luna Şlosser1974 Xaç atası 2 Key Adams1975 Eşq və ölüm Sonya1977 Mister Qudbarın axtarışında Tereza Dann1977 Enni Holl Enni Holl1978 İnteryerlər Renata1979 Manhetten Meri Uilki1981 Qırmızılar Luiza Brayant1984 Xanım Soffel Keyt Soffel1984 Balaca təbilçi qız Çarli, aktrisa1987 Radio dövrü Yeni il şənliyində müğənni1987 Körpə ətrafında hay-küy J. C. Viatt1990 Xaç atası 3 Key Adams1991 Gəlin atası Nina Beks2010 Sabahınız xeyir Kolin Pek

Xarici keçid Diane Keaton at Rotten Tomatoes

İstinadlar Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ-nin qadın müğənniləri Kateqoriya:Ən yaxşı qadın roluna görə Oskar mükafatı qalibləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar