Özgə Gürəl () — Türk aktrisa

Həyatı Özgə Gürəl 5 fevral 1987-ci ildə İstanbulda anadan olub. Silivrili ailənin qızıdır. Ana tərəfi Selanik qaçqını, ata tərəfi isə çərkəzdir. Litseyi bitirənə qədər Silivridə yaşayıb. Bəykənd Universiteti Beynəlxalq ticarət fakültəsindəki təhsilini yarımçıq tamamlayıb aktrisalıq daha sonra isə aktrisalıq idarəsi təhsili alıb. Qızım harada adlı teleserialda Zeynəb rolu ilə film dünyasına girmişdir. Daha sonra Rahat küçə və Möhtəşəm yüz il adlı teleseriallarda rol almışdır. 2014-cü ildə Mədcəzir teleserialında Ada rolunu oynamışdır. Daha sonra yenə 2014-cü ildə Gilas Mövsümü teleserialında baş rol olan Öykü rolunu oynamışdır. 2017-ci ildə Ulduzlar Şahidim teleserialında baş rolda oynamışdır. Yenə 2017-ci ildə Dolunay teleserialında Nazlı rolunda olmuşdur.

2022-ci ildə "Gilas mövsümü" serialında tanış olduğu aktyor Serkan Çayoğlu ilə evlənmişdir.

Filmoqrafiyası + Sinema filmləri İl Adı Rol Qeyd 2014 Bizim müəllim Qardələn Yardımçı xarakter 2017 Organik eşq hekayələri Demet Baş rol 2017 İlk öpüş Bahar Baş rol Televiziya filmləri İl Adı Rol Qeyd 2010–2011 Qızım haradadır Zeynəb Baş rol 2011 Və İnsan Aldandı Dərya 11-ci bölüm 2012 Rahat küçə Məlisa Qonaq aktrisa 2014 Möhtəşəm Yüz il Rəna xatun Yardımçı xarakter 2014 Mədcəzir Ada Yardımçı xarakter 2014–2015 Gilas Mövsümü Öykü Acar Dinçər Baş rol 2017 Ulduzlar şahidim Haziran Baş rol 2017 Dolunay Nazlı Pınar Baş rol Reklam filmləri İl Şirkət/Məhsul Rol Qeyd 2012 Milka Şokolad 2013 Vodafone 2013 Doritos 2014 Pepsi Baytar Burak Özçivit ilə 2015 Ford Öykü Acar Dinçer Serkan Çayoğlu ilə 2015 Bellona Öykü Acar Dinçer

Mükafatları və namizədlikləri Mükafatları və namizədlikləri İl Mükafat Kateqoriya Film Nəticə 2015 Yedditəpə Universiteti 3. Dilək mükafatları İlin ən yaxşı qadın aktrisası Gilas mövsümü SEUL DRAMA mükafatları İlin ən yaxşı qadın aktrisa namizədi Gilas mövsümü Future Fest mükafatları Ən yaxşı nitq söyləyən qadın aktrisası Gilas mövsümü MGD 21-ci qızıl objektiv mükafatları İlin ən yaxşı qadın komediya aktrisası Gilas mövsümü 42-ci Pantene Qızıl Kəpənək mükafatları Ən yaxşı cütlük(Öykü-Ayaz) Gilas mövsümü 2016 1. YBU Media mükafatları Ən yaxşı qadın teleserial aktrisası Gilas mövsümü

İstinadlar

Kateqoriya:Türkiyə aktrisaları Kateqoriya:İstanbulda doğulan aktrisalar Kateqoriya:Türkiyə çərkəzləri Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Türkiyə film aktrisaları Kateqoriya:XXI əsr aktrisaları