Sir Arthur Harden () — London Kral Cəmiyyətinin üzvü, Britaniyalı biokimyaçı. O, 1929-cu ildə həmkarı Hans Karl ilə birlikdə şəkərin qıcqırması və fermentlər üzərinə tədqiqatlarına görə Kimya üzrə Nobel mükafatı ilə təltif olundu.

Həyatı

Erkən həyatı Onun valideynləri Albert Tyas Harden və Eliza Makalister idi.O Tettenhall Kollecində təhsil almışdı, daha sonra 1882-ci ildə isə indiki Mançester Universiteti olan Ovens Kollecinə oldu və burdan 1885-ci ildə məzun oldu.

Tədqiqatları Harden 1886-cı ildə Kimya üzrə Dalton təqaüdü qazandı və bir il müddətində Erlangendə Otto Fişer ilə çalışdı. Daha sonra, o, Mançesterə mühazirəçi kimi qayıtdı və burada o zaman yeni təsis olunmuş indiki Lister İnstitutu, keçmiş Britaniya Preventiv Tibb İnstitutuna kimyaçı kimi təyin olunana qədər qaldı və 1897-ci ildə Mançesteri tərk etdi. O 1902-ci ilin iyun ayında öz elmlər doktoru dərəcəsini Viktoriya Universitetində aldı. Beş il sonra, 1907-ci ildə Biokimya Departamentinin sədri təyin olundu və 1930-cu ildə təqaüdə çıxana qədər bu vəzifədə qaldı. Buna baxmayaraq, o, öz elmi işlərinin bu İnstitutda davam etdirdi.

Harden, Mançester şəhərində karbon dioksid və xlorinə işığın təsirini araşdırdı və İnstituta daxil olarkən, bakteriya və alkolik qıcqırmanı araşdırma üsullarını göstərmişdir. O, qlükozanın yekun məhsullarını və maya hüceyrəsinin kimyəvi xassələrini araşdırmışdır və antiskorbutik və anti-nevrotic vitaminlər haqqında məqalələr yazmışdır.

London Kral Cəmiyyəti üzvü kimi 1935-ci ildə Davi Medalı ilə mükafatlandırılmışdır.

İstinadlar

Həmçinin bax Kimya üzrə Nobel mükafatı

Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:Davi medalı ilə təltif edilənlər Kateqoriya:Böyük Britaniya biokimyaçıları