Kərbəlayi Vəli Əyyub oğlu Mikayılov () — Azərbaycan ictimai-siyasi xadimi, şair, jurnalist və tərcüməçi. Müsavat Partiyasının ilk üzvlərindən biri. AXC dövründə Hökumət mətbəəsinin rəhbəri (1918–1920).

Haqqında Kərbəlayi Vəli Mikayılov 1877-ci ildə Bakıda doğulub. Kərbəlayi Vəlinin ulu babası "Topuz vuran" ləqəbli Eyvaz Bakının Bülbülə kəndindən olub. Vəli ev təhsili almışdır.

"Həyat", "İrşad", "Məlumat", "İqbal", "Açıq söz", "Molla Nəsrəddin", "Babayi-Əmir", "Şəhabi-saqib" qəzet və jurnallarda Kərbəlayi Vəli yaxından iştirak edir, "Kərbəlayi Vəli Cəbir Badükubeyi", "K. V. M", "Sabir Badükubə", "Mozalan", "Cırtdan" və s. gizli imzalarla dövrün əksər mətbu nəşrlərində məqalə və şeirlərini çap etdirib.

"Müsavat" partiyasının ilk üzvlərindən biri olmuşdur. Zaqafqaziya Seyminin və Azərbaycan Milli Şurasının üzvü, 1918–1920-ci illərdə Hökumət mətbəəsinin müdiri olmuşdur. Azərbaycanda "Türk ocaqları"nın açılmasında fəal iştirak edib.

Sovet hakimiyyəti zamanı Bakıda 42-ci məktəbdə müəllim, Maarif Komissarlığının nəşriyyat şöbəsində ticarət agenti işləyib.

Gizli Müsavat təşkilatıyla əlaqəsinə görə 1923-cü ildə həbs edilib, 25 aprel 1924-cü ildə 3 illiyə Yaroslavla sürgün edilib.AR MTN arxivi, PR-19894 1928-ci ildə yenidən tutulub və buraxılıb.AR MTN arxivi, PR-41457, 4-cü cild Güney Azərbaycana mühacirət edib və müharibə zamanı sovet qoşunları buraya girərəkən kommunistlər onu Zəncanda öldürüblər.

Ədəbi fəaliyyəti Kərbəlayi Vəli Mikayılov dövrün əksər mətbu nəşrlərində məqalə və şeirlərini çap etdirib. "Məlumat" qəzetinin bir neçə sayında Kərbəlayi Vəlinin "Sabir Badükubə" imzası ilə kiçik həcmli şeirləri çap olunub. Bu mətbu nəşrin 4 iyul 1911-ci il tarixli 3-cü sayında Kərbəlayi Vəlinin "Məktəb deyir" şeiri dərc olunub. Bu kiçik şeirdə inkişaf edən millətlər, xalqlar sırasında müsəlman xalqlarının elm, təhsil və inkişafda geriliyin səbəblərinin müqayisəsi aparılır. Tərəqqinin, inkişafın, yeniliyin yalnız təhsillə mümkünlüyünü dilə gətirən şair alloqorik tərzdə Məktəb obrazının dilindən xalqa çağırış edilir:

Hacı Zeynalabdin Marağayinin "İbrahim bəyin səyahətnaməsi"ni ilk dəfə Kərbəlayi Vəli Mikayılovun tərcüməsində 1911-ci ildə nəşr olunmuşdur. Şair Əliabbas Müznib ilə birlikdə "Molla Nəsrəddin" (1909) və "Bəhlul Danəndə" (1910) lətifələrini nəşr etdirmişdir.

Ailəsi Əmisi Yaqubun qızı ilə ailə quran Kərbəlayi Vəlinin bir-birinin arxasınca 3 övladı dünyaya gəlir. 1906-cı ildə doğulan ilk övladına atası Əyyubun adını qoyur. 1908-ci ildə bir qız doğulur, amma iki yaşına çatmamış dünyasını dəyişir. 1912-ci ildə ailəyə növbəti oğlan övladı bəxş olur, adını Məhəmməd qoyurlar. Çox keçmir ki, bu xoşbəxt ailə növbəti çətinliklə üz-üzə qalır, Məhəmməd iflic xəstəliyinə yoluxur. Kərbəlayi Vəli onu Bakının ən məşhur həkimlərinə və Xarkova müalicəyə aparsa da xəstəliyə əlac tapılmır və gənc dünyasını dəyişir.

Kərbəlayi Vəli sürgündən qaçıb İrana keçdikdən sonra Sovet hökuməti onun ailəsini Qazaxıstana sürgün edir. Ailə ancaq 1953-cü ildə Bakıya qayıda bilib.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Kərbəlayilər Kateqoriya:Solovkiyə sürgün olunanlar