Sovet işğalına qarşı üsyanlar (1920–22) — Azərbaycanın bolşeviklər tərəfindən işğalı əleyhinə müqavimət hərəkatı.

İlk qığılcımlar Üsyan dalğası 28 aprel işğalından az sonra bütün Azərbaycanı bürümüşdü. Mayın 18-də bolşeviklər və qırmızı döyüşçülər Şuşada yeni hökumətə qarşı hazırlanan üsyandan xəbər tutub onun qarşısını ala bildilər. Həmin vaxtlarda Ucar və Bərgüşadda yeni rejimlə razılaşmayan əhali dəmir yolu xəttində qatarların hərəkətini dayandırmağa cəhd göstərdi. 1920-ci il mayın ortalarından Bakıda sovet hakimiyyəti əleyhinə üsyana hazırlıq aparıldı. Şəhər hərbi qarnizonunun rəisi, 28-ci diviziyanın komandiri Nesterovskinin 1920-ci il mayın 26-da imzaladığı əmrdə göstərilirdi ki, Bakı şəhərində fəhlə və kəndli hökumətinə qarşı üsyanların hazırlanması barədə şayiələr dolaşmaqdadır. Əmrdə daha sonra deyilirdi:

Qarabağ üsyanı

Yeni hökumətə qarşı ilk qüvvətli üsyan Qarabağda başladı. Yerli əhali, xüsusən də daşnak Ermənistanının nizami qoşunlarına qarşı mübarizə aparmış Cümhuriyyət ordusunun əsgər və zabitləri yeni rejimə qarşı nifrətini silahlı çıxışlarla ifadə edirdilər. Bu zaman Şuşada Qarabağ sakinlərindən ibarət 300 nəfərlik silahlı dəstə də formalaşmışdı. Qarabağda yaranmış gərgin vəziyyət, nəhayət, partlayışla nəticələndi. Mayın 21-də Tərtərdə yerli əhali buradakı 11-ci Qırmızı ordu bölmələrinə qarşı hücuma keçdi. Üsyançılar qalib gəldilər. 11-ci Qırmızı ordu hissələri 80 nəfərə qədər itki verdi. Tərtərdəki 11-ci Qırmızı ordu alayının komandiri Naumov öldürüldü. Üsyan Azərbaycanda sovet rejiminə qarşı ilk güclü müqavimət idi. Onun daha da genişlənməsinin qarşısını almaq üçün 11-ci ordu komandanlığı dərhal əməli tədbirlər gördü. Gəncədən Qarabağa süvari bölmələri gətirildi. Ermənilər xəyanət edərək, düşmən tərəfinə keçdilər. Ermənilərdən təşkil edilmiş dəstə 11-ci Qırmızı ordu dəstələri ilə birlikdə üsyanın yatırılmasında fəal iştirak etdi. Bütün bunlann nəticəsində Tərtərdə üsyançıları müvəqqəti olaraq sakitləşdirmək mümkün oldu.

Zaqatala üsyanı

1920-ci il iyunun birinci yarısında Zaqatala bölgəsində sovet işğalına qarşı baş vermiş xalq hərəkatı. Qarabağdakı antisovet üsyanı ilə eyni vaxtda başlayıb. Üsyandan məqsəd qırmızı ordu hissələrinin bölgədəki azğınlıqlarının qarşısını almaq və onu bütünlüklə sovet rejimindən azad etmək idi. Üsyan iyunun 6-da başladı. Üsyanda xalq kütlələri ilə bərabər, azsaylı qoşun dəstələri də iştirak edirdi. Onun rəhbərləri də xalq arasından seçilmişdi. Zaqatala üsyanının rəhbəri, Tala kəndinin imamı Hafiz əfəndi idi. İlk günlərdə üsyançıların sayı 1000 nəfərə çatırdı. Cümhuriyyət ordusunun Zaqatalada yerləşən və sonradan sovet hakimiyyətinə tabe etdirilən taboru da üsyançıların tərəfinə keçdi. 1920-ci il iyunun 9-da, səhər saat 6-da bölgədəki üsyançı qüvvələr Zaqatalaya toplaşdılar. Şəhər qalası və teleqraf dərhal elə keçirildi. İnqilab Komitəsi üzvlərinin və sovet işçilərinin həbsi barədə qərar verildi. Gürcüstanla sərhəddə yerləşən keçmiş Cümhuriyyət taborunun üsyançılara qoşulması onlann gücünü daha da artırdı. Qısa müddətdən sonra Qax da sovet qüvvələrindən azad edildi. 11-ci Qırmızı ordunun bölgədə yerləşdirilmiş 7-ci süvari diviziyasının 37, 39 və 40-cı süvari alayları 1920-ci il iyunun 10-da Əlibəyli, Yuxarı Muxax kəndləri yaxınlığındakı yüksəklikdə, Qaraman və s. məntəqələr ətrafında döyüşlərdə üsyançı qüvvələrin müqavimətini qıra bilməyib böyük itkilər verdi. İyunun 11-də üsyançılar 39-cu süvari alayının Əmbərçay ətrafındakı zastavalarını da geri çəkilməyə məcbur etdilər. İyunun 13-də strateji əhəmiyyətli Baş Göynük kəndi də üsyan qaldırdı və kənd qırmızı qüvvələrdən təmizləndi. Bölgədə hərbi təşəbbüs bütünlüklə üsyançı qüvvələrin əlinə keçdi və onlarını döyüş fəallığı nəticəsində 11-ci Qırmızı ordunun 7-ci süvari diviziyasının vəziyyəti xeyli mürəkkəbləşdi. Bu diviziyanı tamamilə məhv olmaqdan xilas etmək üçün bölgəyə 58-ci piyada briqadası, 27-ci zirehli dəstə və kommunistlərdən təşkil edilmiş dəstədən ibarət əlavə qüvvələr göndərildi. Əlavə qüvvələr iyunun 16-da bölgəyə yetişdilər və iyunun 17-də bütün cəbhəboyu üsyançı qüvvələrin üzərinə hücum təşkil edildi. Çoxsaylı hərbi texnikaya və üstün qüvvələrə malik olan 11-ci Qırmızı ordu hissələri gün ərzində üsyançılarını müqavimətini qırmağa nail oldular. Zaqatala-Şəki şose yolu və digər strateji məntəqələr yenidən onların əlinə keçdi. İyunun 18-də isə 11-ci Qırmızı ordunun hissə və bölmələri Zaqatalaya daxil oldular və burada sovet hakimiyyəti yenidən bərpa edildi. Bölgə əhalisinə qanlı divan tutuldu.

Gəncə üsyanı

300px|right|thumb Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq başlanıb. Ağır zərbədən sarsılan istiqlal mücahidləri Gəncəyə toplaşaraq üsyana qalxdılar. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Mayın 23-də üsyan başçılarının sonuncu müşavirəsi keçirildi. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi general Məhəmməd Mirzə Qacar, 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, 3-cü Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyli və başqaları iştirak edirdilər.

Üsyanın təşkilində başlıca olaraq birinci piyada diviziyası, üçüncü Gəncə alayının bölmələri, üçüncü Şəki süvari alayının təlim komandası, bir topçu batareyası, diviziya qərargahına tabe olan komendant bölməsinin şəxsi heyəti iştirak edirdi. Qaçaq Qəmbər, Sarı Ələkbər, Qaçaq Qasım, Qaçaq Mikayıl və başqaları da öz silahlıları və silahdaşları ilə birlikdə Gəncə üsyanının təşkilində xüsusi fəallıq göstərirdilər. Şəhər əhalisindən qoşuları könüllülərlə birlikdə üsyançıların sayı 10 mindən artıq idi.

Bolşeviklər üsyanın yatırılması üçün şəhərə əlavə ordu hissələri yeridiblər. Gəncədə yaşayan ermənilər rusların ordusuna kömək edirdilər. Üsyan mayın 31-də böyük qəddarlıqla yatırıldı. Bir həftə ərzində hər iki tərəfdən üst-üstə təxminən 20 min adam öldü. Minlərlə gəncəli doğma yurdunu tərk etməyə məcbur oldu. Şəhər, demək olar ki, boşaldı. Əgər 1916–1917-ci illərdə Gəncədə 60.291 nəfər əhali var idisə, 1923-cü ildə bu rəqəm 38.880-ə endi.

thumb|left|Gəncə Üsyanının təşkilatçılarından Cavad bəy Şıxlinski Üsyan yatırılandan sonra erməni və ruslar üç gün ərzində Gəncədə qanı su yerinə axıtdılar. Qeyri-rəsmi məlumatlara görə 20 min nəfərdən artıq dinc əhali qətlə yetrildi. Qətliamlar sonrakı günlərdə də davam etdi. İyun-avqust aylarında üsyanda iştirak etməkdə və ya onlara yardımda şübhəli bilinən 13 min adam məhkəməsiz güllələndi. Qırmızı ordu isə Gəncə döyüşlərində 900 nəfərdən artıq əsgərini itridi. 6 mindən artıq Qırmızı ordu əsgəri isə yaralandı.

Gəncə üsyanı tez bir zamanda Azərbaycanın hər yerinə yayıldı. Bunu görən XI Qırmızı ordu komandanlığı gizli direktiv imzaladı. Direktivdə deyilir:

Gəncə üsyanından bəhs edərkən Cümhuriyyət lideri Məhəmməd Əmin Rəsulzadə belə qeyd edirdi:

Şəmkir üsyanı 1920-ci ilin yayında Şəmkirin Müskürlü kəndində də sovet rejimi əleyhinə üsyan baş verdi. Qırmızı ordu hissələrinə müqavimət göstərmək üçün burada da yerli əhalidən silahlı dəstə təşkil olunmuşdu. Digər bölgələrdə olduğu kimi, 11-ci ordu komandanlığı buradakı üsyanın da yatırılmasına böyük qüvvələr göndərdi. Bədirbəyli nəslindən olan mülkədarlar da üsyana qoşulmuşdular. Onlardan Xəlil ağa Qədimov üsyanın əsas iştirakçılarından idi. Şəmkirdə sovet qüvvələrinə qarşı qadınlar və uşaqlar da vuruşurdular. Payızda burada alovlanan başqa bir üsyana Namaz adlı bir kəndli rəhbərlik edirdi. Üsyançılar 500 nəfərlik dəstə ilə qəzanın böyük bir hissəsində sovet rejimini ləğv etmişdilər. Qırmızı ordunun çoxsaylı hərbi qüvvələri bu üsyanı da böyük qəddarlıq və amansızlıqla yatıraraq, yerli əhaliyə divan tutdu.

Quba qəzasında üsyan

thumb|277x277px|Quba üsyanının rəhbərlərindən biri olan Həmdulla əfəndi Əfəndizadə Avqustun 23-də Quba qəzasında Kuzun kəndinin əhalisi silahlı üsyan qaldırdı. Onlar kənddə iki nəfər milisi öldürdülər və yeni hakimiyyətə itaətsizliklərini bəyan etdilər. Üsyanın qarşısını almaq üçün qəza komitəsi kəndə 4-cü süvari alayından 45 nəfərlik (30 nəfər süvari, 15 nəfər piyada) dəstə göndərdi. Lakin dəstə üsyanı yatıra bilmədi və çoxlu itki verdi. Dəstədən yalnız 6 nəfər xilas oldu. Qubanın hərbi komissan Kuzun kəndində sovet hakimiyyətinin bərpa olunması üçün bir taqım və pulemyotçu göndərdi. Avqustun 26-da Kuzun kəndinin üsyançıları ilə sovet qüvvələri arasında yeni döyüş oldu. Kənd əhalisi bu dəfə də sovet qüvvələrinə ciddi müqavimət göstərdi. Avqustun 29-da Qubanın 4 verstliyində sovet qüvvələri ilə üsyançılar arasında yeni vuruşma baş verdi. 100 nəfərlik sovet qüvvələri xeyli itki verdilər. Avqustun sonu sentyabnn əvvəllərində üsyançıların silahlı dəstəsi tam fonnalaşmışdı. Cümhuriyyət ordusunun podpolkovniki Əfəndiyevin rəhbərlik etdiyi dəstədə türk zabitləri də vardı. Üsyançılar xeyli pulemyot və beşaçılan tüfəng əldə etmişdilər. Sentyabrın 3-də səhər saat 7-də üsyançılar Dəvəçi-Xaçmaz üzərinə hücum etdilər. Onların qarşısına 7-ci süvari dəstəsi çıxarıldı. Gərgin döyüşdən sonra sovet-bolşevik döyüşçüləri mövqelərini qoruyub saxlaya bildilər. Quba ərazisində mövcud olan güclü dəstələrdən birinə də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin keçmiş deputatı Həmdulla Əfəndi Əfəndizadə rəhbərlik edirdi. Sovet rejimi üçün təhlükəli xarakter alan bu üsyanlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1920-ci il sentyabrın 9-da keçirilən plenumunda ciddi müzakirə edilmişdi. Plenum Quba üsyanını yatırmaq üçün Əliheydər Qarayev və Levan Qoqoberidzeni ora ezam etmək barədə qərar qəbul etdi. Üsyan sentyabrın birinci ongünlüyünün sonlarına qədər davam etdi. Çətinliklə yatırılan Quba üsyançılarının böyük silahlı dəstələrindən birinin rəhbəri Həmdulla Əfəndi Şamaxı ilə sərhəd olan yüksək dağ kəndlərinə çəkildi. Üsyançı kəndlər isə qırmızıların nəzarəti altına keçdiAzərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 352.

Muğan üsyanı Sovet hakimiyyətinə qarşı vuruşan böyük üsyançı dəstələrdən biri də Muğanda formalaşmışdı. 1920-ci il avqustun sonundan başlayaraq bu dəstənin fəaliyyəti bölgənin bir çox kəndlərində sovet hakimiyyəti orqanlarının devrilməsi ilə başa çatmışdı. Sovet qüvvələri Qaradonlu ətrafında üsyançı dəstəni məhv etməyə cəhd göstərsə də, bu cəhd nəticəsiz qaldı. Qaradonlu ətrafındakı 7 kənd də üsyançılara qoşuldu. Bu kəndlərin birləşmiş silahlı dəstəsinə Sarıxan rəhbərlik edirdi. Həmin dəstə xeyli gücə malik idi. Cavad qəzası İnqilab Komitəsinin sədri Baxtamov Bakıya göndərdiyi raportlarında israrla əlavə kömək göndərilməsini xahiş edirdi. Sarıxanın 4 minlik dəstəsinin qarşısını almaq üçün qəzada kifayət qədər qüvvə yox idi. Üsyançı dəstə yerlərdəki sovet qüvvələrinin müqavimətini qıraraq, sentyabrın 21-də qəzanın daha bir neçə kəndini qırmızılardan təmizlədi. Kəndlərdə olan milislər də üsyançıların tərəfinə keçdilər. Qəza rəisi sentyabrın sonlarına aid raportlarının birində sovet hakimiyyətinin qəzadakı mövqeyinin getdikcə mürəkkəbləşdiyini və yaxın vaxtlarda təcili tədbirlər görülməzsə, Salyana qədər olan ərazilərin üsyançıların nəzarəti altına keçəcəyini bildirirdi. Qəza rəisi sovet hakimiyyətinin möhkəmləndirilməsinin yeganə yolunu 11-ci ordu qüvvələrinin göndərilməsində ora görürdü. Çünki bölgədəki hərbi qüvvənin əsgər və komandirləri xalqla bir olduğundan üsyançılara qarşı çıxış etmirdilər.

Lənkəran-Astara üsyanı