Koesit (kousit) - mineral, SiO2. Monoklinik. Kristalları prizmatik, lövhəvari. İkiləşmə {100} və {021} üzrə. Ayrılması iki müstəvi üzrə. Dənələri qeyri-düzgün formalı. Rəngsiz. Sərtliyi 7,5. Xüsusi çəkisi 2,93. Yüksək temperatur (500-600 0C) və təzyiq şəraitində əmələ gəlir. Meteorit mənşəli kraterlərdə leşatelyeritdə və krateryanı qranit və tuflarda tapılır.
İstinadlar
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Kateqoriya:Oksidlər (minerallar) Kateqoriya:Silikatlar (minerallar) Kateqoriya:Kvarsın növləri Kateqoriya:Monoklinik sinqoniya mineralları