McDonnell Douglas F-15E Strike Eagle McDonnell Douglas F-15 Eagle döyüş təyyarəsi əsasında ABŞ tərəfindən istehsal olunan çoxməqsədli qırıcıdır. F-15E 1980-ci illərdə düşmənin nəzarəti altında olan ərazilərin dərinliklərində radioelektron mübarizə təyyarələrinin müşayiəti olmadan uçuşlar həyata keçirmək məqsədilə dizayn olunmuşdur. ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-15E qırıcıları bu qurumun arsenalında olan digər təyyarələrlə müqayisədə daha tünd rəngli hava kamuflajına və konformal yanacaq çənlərinə sahibdir.
F-15E qırıcıları indiyə qədər İraq, Əfqanıstan, Suriya və Liviyada baş tutmuş döyüş əməliyyatlarında istifadə olunmuşdur. Həmin əməliyyatlar zamanı bu döyüş təyyarələri düşmənin dərinlikdə yerləşən vacib hədəflərinin məhv edilməsi, hava patrulunun təşkil olunması və koalisiya qoşunları üçün yaxın hava dəstəyi məqsədilə istifadə olunub. F-15E sonradan bəzi xarici ölkələrə də ixrac olunmuşdur.
İstifadəçilər : 25 ədəd F-15I Cənubi Koreya: 60 ədəd F-15K : 36 ədəd F-15QA sifariş olunub : 70 ədəd F-15Sof Battle — Saudi Arabia : 40-dan çox F-15SG : 213 ədəd F-15E
Taktiki-texniki xüsusiyyətləri Ümumi parametrlər Ekipaj: 2 nəfər (pilot və silah sistemləri üzrə zabit) Uzunluğu: 19.43 m Qanad genişliyi: 13.05 m Hündürlüyü: 5.63 m Boş çəki: 14300 kq Maksimum qalxma ağırlığı: 36700 kq Güc təminatçısı: 2 × Pratt & Whitney F100-PW-220 mühərrik
Uçuş keyfiyyəti Maksimum sürət: 2.5+ max (3017 km/s) Döyüş radiusu: 1270 km Uçuş tavanı: 18200 m Yüksəkliyə qalxma sürəti: 254+ m/s Çəkmə gücünün çəkiyə nisbəti: 0.93 Maksimum g-yüklənmə: +9 g
Həmçinin bax ABŞ Hərbi Hava Qüvvələri McDonnell Douglas F-15 Eagle
İstinadlar
Xarici keçidlər
F-15E USAF fact sheet F-15E page and F-15K page on Boeing.com F-15E on USAF National Museum web site F-15E.info, a dedicated F-15E site
Kateqoriya:ABŞ texnikası Kateqoriya:İkimühərrikli reaktiv təyyarələr Kateqoriya:McDonnell təyyarələri Kateqoriya:ABŞ-nin reaktiv qırıcıları Kateqoriya:Boeing təyyarələri