Karl Henrix Ebermayer (; ) — Almaniya həkimi və müalicəvi bitkilər üzrə yazıçısı. Karl, həkim, əczaçı və tibb yazıçısı olan İohann Xristof Ebermayerin (1768–1825) oğludur.
Bioqrafiya Karl Henrix Ebermayer 4 fevral 1802-ci il tarixində, o vaxtlar Prussiya krallığının, hal-hazırda Almaniyanın tərkibində olan Reda qəsəbəsində anadan olmuşdur. Karl, əczaçı olan İohann Xristof Ebermayerin oğlu idi. 1824-cü ildə o, Berlin şəhərində tibbi doktoranturasını almış, daha sonra Düsseldorf şəhərinə köçüb, orada tibbi təcrübəsini təkmilləşdirmişdir. Karyerası dövründə Karl, tibbi müşavir və gizli müşavir olaraq fəaliyyət göstərmişdir.
Ebermaiera adlı bitki növü (Akantkimilər bitki fəsiləsi) Karlın soyadını daşıyır. Karl "Handbuch der medicinisch-pharmaceutischen Botanik" () kitabında, nəbabşünas olan Teodor Fridrix Lüdviq Nes fon Ezenbeklə (1787–1837) birlikdə işləmişdir.
Əsərləri Plantarum papilionacearum : monographiam medicam, 1824 Ueber den Schwamm der Schädelknochen und die Schwammartigen Auswüchse der harten Hirnhaut, 1829 Erfahrungen und Ansichten über die Erkenntniss und Behandlung des asiatischen Brechdurchfalls, 1832.https://www.worldcat.org/identities/viaf-30349284 kitabxanalarda Karl Henrix Ebermayerin yazdığı və ya onun haqda yazılan kitablar (WorldCat kataloqu)
İstinadlar
Kateqoriya:Almaniya botanikləri Kateqoriya:Reda-Videnbrükdə doğulanlar Kateqoriya:Almaniya həkimləri Kateqoriya:Botanika taksonlarının müəllifləri