Murad Duruər (; . 15 yanvar 1988; Gərədə, Bolu, Türkiyə) — Türkiyə futbolçusu, Türkiyə Super Liqası komandalarından biri olan Gənclər birliyi komandasının yarımmüdafiəçisidir. Futbolçu Mustafa Duruərin ekiz qardaşıdır.
Futbolçu karyerası Klub komandaları karyerası left|thumb|160px|Murad Duruərin Gənclər birliyi komandasında oynadığı vaxtlar
İlk illəri Ankaragücü komandasında qardaşı Mustafa Duruər ilə bərabər oynayan Murad, 2004-cü ildə müqavilə imzalayaraq digər peşəkar komandalarda oynamağa başladı. Ankaragücü komandası üçün ilk qarşılaşması 29 mart 2006-cı il tarixində Qalatasaraya qarşı olmuşdur. Bu oyun Murad Duruərin ilk Türkiyə Super Liqası qarşılaşması idi. 2005-ci ildən bu yana Murad Duruər Türkiyə Super Liqasında oynayıb və bir çox komandalara transfer olub. 2011-2012-ci il mövsümündə, liqada çətin günlər keçirtdi. Komanda heyəti Ankaradan Əskişəhərə transfer edilən zaman, Murad Duruər atası ilə birlikdə Türk iş adamı və Gənclər birliyi idman komandası prezidenti İlhan Cavcavı ziyarət etdi. Ziyarət zamanı Murad Duruərin atası İlhan Cavcava Ankaradan köçmək istəmədiklərini dedi. Bu görüşdən sonra İlhan Cavcav, 29 dekabr 2011-ci ildə Ankaragücü klubu prezidenti Sami Qızılyuvanı ilə görüşdükdən sonra, Sami Qızılyuva Murad Duruərin heyətdə iştirak edəcəyini açıqladı.() Murad Duruər komanda üçün 133 oyunda oynayıb, 8 qol vurdu.
Gənclər birliyi 2011-2012 mövsümündə sadəcə 9 oyun forma geyinən Murad, 5 fevral 2012-ci ildə Kayserispor yerdəyişməsindəki 3-2 qazanılan oyuna son 3 dəqiqədə daxil oldu və 90-cı dəqiqədə qalibiyyəti gətirən axırıncı qolun vurulmasında asist oldu.()
Antalyaspor 2012-2013 mövsümündən əvvəl Antalyaspor komandasına transfer oldu. İlk mövsümündə 26 matç, 3 qol və 5 asist performansı ilə oynadı. İkinci mövsümündə də müvəffəqiyyətli olan Murad, bu peşəkarlığı ilə Fatih Terimin diqqətini cəlb etdi və milli komandaya dəvət edildi. 2013-2014 mövsümündə 21 matçda iştirak edən Murad, 2 qol və 2 asist performansı ilə oynadı.
Rizəspor 2013-2014 mövsümündə Türkiyə Super Liqası komandalarının cəriməsi ilə üzləşən futbolçu, 500,000 avro qarşılığında Çaykur Rizəspor komandasına transfer oldu. Həmçinin komandaya futbolçu dostu Gəray Qaçarıda transfer etdi.
Kayserispor 30 avqust 2016-cı ildə Kayserispora transfer olmuşdur.
Milli komanda karyerası 82 dəfə milli komandalara çağırılan Murad Duruər, 20 dəfə Türkiyə 16 yaşlılar, 25 dəfə Türkiyə 17 yaşlılar, 13 dəfə Türkiyə 18 yaşlılar, 14 dəfə Türkiyə 19 yaşlılar, 3 dəfə Türkiyə 21 yaşlılar və 4 dəfə də Türkiyə 20 yaşlılar forması geyinən futbolçu, ümumi 79 forma geyinmiş və müsabiqələrdə 9 qol vurmuşdur.
2005-ci ildə Türkiyə 17 yaşlı milli futbol komandası ilə Avropa 17 yaşlılar futbol çempionatı çempionu olmuş və yenə həmin ildə FİFA 17 yaşlılar arasında Dünya kubokunda dördüncü yer tutmuşdur.
8 və 9 fevral 2011-ci il tarixlərində Antalyada təşkil edilən Belarusiya ilə olan qarşılaşmada ilk dəfə Türkiyə A2 milli futbol komandasının heyətində iştirak etmişdir.
2013-2014 mövsümündə Antalyaspor komandasında göstərdiyi peşəkarlığı ilə əlaqədar, 2014-cü ildə İsveçdə keçiriləcək A milli komanda matçının heyətinə Fatih Terim tərəfindən əlavə olunub.
İlk milli matçını 5 mart 2014-cü ildə İsveç ilə oynayıb.
Statistikalar Milli komanda statistikaları # Tarix Milli komanda Matç Qoll Asist 1. 2004-2005 Türkiyə 16 yaşlılar 20 3 - 2. 2004-2005 Türkiyə 17 yaşlılar 25 4 - 3. 2005-2006 Türkiyə 18 yaşlılar 13 1 - 4. 2006-2007 Türkiyə 19 yaşlılar 14 - - 5. 2006-2008 Türkiyə 21 yaşlılar 3 - - 6. 2006-2008 Türkiyə A2 milli futbol komandası 4 1 -7. 2014 1 - - A milli komanda ümumi 1 - - Ümumi 80 9 -
İstinadlar
Xarici keçidlər
Kişisel Web Sitesi Profili Mackolik.com'da Murat Duruer profili weltfussball.de Profili goal.com Profili TFF.org'da Murat Duruer Transfermarkt.com.tr'de Murat Duruer profili
Kateqoriya:MKE Ankaragücü FK futbolçuları Kateqoriya:Gənclərbirliyi İK futbolçuları Kateqoriya:Çaykur Rizəspor futbolçuları Kateqoriya:Kayserispor futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə milli futbol komandasının oyunçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:Türkiyə U-17 milli futbol komandası futbolçuları Kateqoriya:Türkiyə U-19 milli futbol komandası futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Türkiyə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Türkiyə A2 milli futbol komandası futbolçuları Kateqoriya:Türkiyə A2 milli futbol komandası futbolçuları Kateqoriya:Antalyaspor futbolçuları Kateqoriya:Türkiyə U-18 milli futbol komandası futbolçuları Kateqoriya:Türkiyə U-16 milli futbol komandası futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları