Gözəl Ramazan qızı Sitdikova (; ) — Rusiya ictimai və siyası xadimi, yazıçı, tərcüməçi, Başqırd Muxtar Sovet Sosialist Respublikası ali parlamentinin XII çağırış deputatı, Başqırdıstan parlamentinin deputatı (1995–2008), Başqırdıstan Respublikasının İctimai Palatasının üzvü (2011–2012), Başqırdıstan Respublikasının başqırd qadınlar cəmiyyətinin nümayəndəsi(2004–2011), Başqırdıstan Respublikasının Yazıçılar ittifaqının üzvü(1995), 2012-ci ildən Vikimedia Könüllülər Hərəkatının iştirakçısı.

Bioqrafiya Gözəl Ramazan qızı Sitdikova, 1952-ci il iyunun 10-da Başqırd Muxtar Sovet Sosialist Respublikası Belores rayonunun İnzər kəndində anadan olmuşdur. 1967-ci ildə səkkizillik məktəbi bitirərək Belores pedaqoji məktəbinə daxil olur. 1971-ci ildə 1N-li internat-məktəbdə tərbiyyəçi, daha sonralar isə Belores rayonunun müxtəlif təhsil məktəblərində dərs demişdir.

1980-ci ildə Çelyabinsk Dövlət mədəniyyət İnstitutunun Kitabxanaçılıq fakültəsini bitirmişdir. O, Belores Rayonunun "Ural" qəzetinin 1983-cü ildən əməkdaşı, 1986-cı ildən şöbə rəhbəri, 1987-ci ildən isə redaktor müavini kimi fəaliyyət göstərmişdir.

1989-cu ildən 1995-ci ilə kimi "Ural" qəzetinin baş redaktoru olmuşdur. O zaman Başqırd Muxtar Sovet Sosialist Respublikası ali sovetinə deputat seçilmişdir. 1995–2008-ci illərdə Başqırdıstan Parlamentinin I–III çağırışının deputatı, 2011–2012-ci illərdə Başqırdıstan Respublikasının İctimai Palatasının üzvü olmuşdur. 2004–2011-ci illərdə Başqırdıstan Respublikası başqırd qadınları Cəmiyyətinin nümayəndəsi kimi fəaliyyət göstərmişdir. Ümumdünya Başqırd Qurultayında iştirak etmişdir.

Yaradıcılıq fəaliyyəti Gözəl Ramazan qızı Sitdikovanın şeirlər toplusundan ibarət ilk kitabı-"Йәш көстәр" (Gənc güclər) 1984-cü ildə nəşr olunmuşdur. Hal hazırda 11 kitab və 20 elmi nəşrin müəllifidir. Fəal ictimai fəaliyyət göstərir. Xarici poeziyanın başqırd dilinə tərcüməsi ilə də məşğul olur. Onun bir sıra nəşr olunmuş kitabları rus dilinə tərcümə olunmuşdur.

1995-ci ildən Başqırd Respublikası Yazıçılar İttifaqının üzvüdür. Müxtəlif ədəbi janrlarda fəaliyyət göstərir.

2022-ci ildən Başqırd Respublikasının xalq şairiПисателям и поэтам Башкортостана вручили госпремии. ИА "Башинформ", 20 декабря 2022 года .

Ədəbiyyat Ситдыкова Гузаль Рамазановна// По пути созидания. — Уфа: Галигиль, 2005. — стр. 31–32. Гүзәл Ситдиҡова: биобиблиографик күрһәткес. — Өфө: БР Ә. Вәлиди ис. Милли китапханаһы, 2011. — 40 б. Гүзәл Ситдиҡова: биобиблиографик күрһәткес. — Өфө: БР Ә. Вәлиди ис. Милли китапханаһы, 2012. — 58 б. Баюканский В. Чай — дело тонкое. — М.: ИПО "У Никитских ворот", 2015. — 416 с. Писатели земли башкирской: Справочник. — Уфа: Изд. Китап, 2006. − 496 с.

İstinadlar

Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:İctimai xadimlər Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:XXI əsr tərcüməçiləri Kateqoriya:Başqırdıstan şairləri Kateqoriya:Başqırdıstan yazıçıları Kateqoriya:Rusiyanın qadın yazıçıları Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:Vikipediya şəxsləri Kateqoriya:XXI əsr qadın yazıçıları Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:Başqırd şairlər Kateqoriya:Başqırd yazıçılar