Antuan Jerom Balar (fr. Antoine-Jérôme Balard; 30 sentyabr 1802 – 30 mart 1876) — fransız kimyaçısı, 1844-cü ildən Paris Elmlər Akademiyasının üzvü.Яновская М. И. Пастер. ЖЗЛ. − 1960. − 368 с.
Həyatı Antuan Jerom Balar 1802-ci il sentyabrın 30-da Monpelyedə anadan olmuşdur. 1826-cı ildə o, Monpelyedə əczaçılıq fakültəsini bitirmiş və 1834-1836 illərdə əczaçı kimi çalışmışdır.. O 1836-1845-ci illərdə Əczaçılıq Məktəbində və Monpelye Universitetində, 1845-ci ildə Sorbonnada, 1846-1851-ci illərdə Parisdəki Ali Normal Məktəbdə və 1851-ci ildən isə Kolleci de Fransda. dərs demişdir. Elmi fəaliyyəti Elmi tədqiqatın əsas sahəsi qeyri-üzvi kimyadır. (1826-cı ildə o Aralıq dənizi duz mədənlərinin duz məhlullarını tədqiq edərkən murid( lat.muria – duzlu məhlul) adlı yeni element kəşf etmişdir. Paris Elmlər Akademiyasının J.L.Gey-Lyussak və L.J.Tenarın daxil olduğu Komissiyası Baların yeni kəşfini təsdiq etmiş, lakin adı uğursuz olduğu üçün, yeni “Bromo” adını təklif (yunanca bromos üfunətli deməkdir) etmişlər. 1830-cu ildə London Kral Cəmiyyəti alimi ən yüksək mükafatlardan biri olan Kral medalı ilə təltif etmişdi. O 1834-cü ildə Javel suyu və əhəngin tərkibini müəyyn etmişdi. Fransız kollecində kimya kafedrasına rəhbərlik məsələsində O.Loranın namizədliyinə baxmayaraq Baların seçilməsi zamanı Ş.Jerarın söylədiyi "Balar bromu deyil, brom Baları kəşf edib" ifadəsi o zaman çox geniş yayılmışdı. Balar 1844-ci ildən Paris Elmlər Akademiyasının üzvü, 1862-ci ildə isə Fransa Kimya Cəmiyyətinin prezidenti olmuşdu.
Mənbə Волков В.А., Вонский Е.В., Кузнецова Г.И. Выдающиеся химики мира. – М.: ВШ, 1991. 656 с. Большая советская энциклопедия. В 30 тт. İstinadlar
Kateqoriya:Kimyəvi element kəşf edənlər Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Con Stüart Mill