Sərvər Həşdər oğlu Mehrəliyev () — polis general-mayor.
Həyatı Sərvər Həşdər oğlu Mehrəliyev 1957-ci il fevralın 6-da Zəngilan rayonunun Şayıflı kəndində doğulmuşdu. 1976–1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdı.
Fəaliyyəti Sərvər Mehrəliyev 1981-ci ilin fevralında müstəntiq kimi Naxçıvanda xidmət etmişdir. Sonrakı fəaliyyəti Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi ilə bağlı olmuşdu. Müxtəlif illərdə İstintaq Hissəsində müstəntiq, mühüm işlər üzrə baş müstəntiq vəzifələrində çalışmış, 2000-ci ildən DİN-in İstintaq İdarəsinin, 2001-ci ildən Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdi.
Mükafatları Polis general-mayoru ali xüsusi rütbəsi "Azərbaycan bayrağı" ordeni
Xarici keçidlər Polis general-mayoru Sərvər Mehrəliyev vəfat edib Sərvər Mehrəliyev haqqında Azərbaycanda polis generalı vəfat etdi – Evində qəfildən… Ramil Usubovun müşaviri Sərvər Mehrəliyev vəfat edib Sərvər Mehrəliyev vəfat etdi
İstinadlar
Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar