Luka Lavrentyeviç Bıç (, ) — sağ menşevik. "Yedinstvo" təşkilatının üzvü. 1917–1918-ci illərdə Kuban Xalq Respublikasının ilk sədri.
Həyat və fəaliyyəti Luka Bıç 1870-ci ildə Pavlovski stanitsasında anadan olmuşdur. Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Fevral inqilabı ərəfəsində — 1912–1917-ci illərdə Bakı şəhər rəisi olmuşdur. Fevral inqilabından (1917) sonra o, Bakı Şəhər Duması adından vurduğu teleqramda yeni hökuməti salamlayaraq bildirirdi ki, Bakıda bu münasibətlə bir günlük təbrik tətili keçirilmişdir. Bıç 1917-ci il martın 5-də Müvəqqəti hökumətin Bakıda yaratdığı İctimai Təşkilatların İcraiyyə Komitəsinin sədri olmuşdur. 1917-ci ilin payızında Kuban vilayətində bolşeviklərə qarşı mübarizədə fəal iştirak etmiş, noyabrda müstəqil Kuban Respublikasının yaradıcılarından biri olmuş, ilk Kuban hökumətinin başçısı seçilmişdir. 1919-cu ildə Paris Sülh Konfransında Kuban Respublikası nümayəndə heyətinin başçısı kimi iştirak etmiş, keçmiş Rusiya imperiyası ərazisində yaranmış yeni dövlətlərin nümayəndələri ilə birlikdə həm bolşevik hakimiyyətinə, həm də Denikinin Rusiya imperiyasını bərpa etmək cəhdlərinə qarşı qətiyyətlə mübarizə aparmışdır.
Xarici keçidlər Кубанское казачество в 1917–1920 гг. на официальном сайте администрации Краснодарского края admkrai.kuban.ru Казачий словарь-справочник (Калифорния, 1950-е): БЫЧ Лука Лаврентьевич на сайте cossackdom.com Коваль Р. Нариси з історії Кубані. Перший кубанський прем'єр Лука Бич
İstinadlar
Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:Bakı Şəhər Dumasının VIII çağırış üzvləri Kateqoriya:Bakı Şəhər Dumasının IX çağırış üzvləri Kateqoriya:Bakı Şəhər Dumasının sədrləri Kateqoriya:Yedinstvo üzvləri Kateqoriya:Bakı Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:XX əsrin diplomatları