Nigar İbrahim qızı Usubova (2 may 1914, Qazax – 15 sentyabr 1994, Bakı) — Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, fortepiano kafedrasının müdiri, tədris-elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib. General İbrahim ağa Usubovun qızıdır.

Həyatı Nigar İbrahim qızı Usubova 1914-cü ildə Qazax rayonunun Salahlı kəndində anadan olub. 1935-ci ildə Azərbaycan Dövlət Sənaye İnstitutunu, 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

1952-ci ildən 1970-ci ilədək konservatoriyanın fortepiano kafedrasının dosenti, tədris-elmi işlər üzrə prorektoru olub.

1960-cı ildə əməkdar incəsənət xadimi adını alıb. 1966-cı ildən fortepiano üzrə professor, 1959–1969-cu illərdə fortepiano kafedrasının müdiri vəzifəsində çalışıb. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib.

https://aak.gov.az/upload/dissertasion/s_n_t_nasl_q/Günel_Eyvazzade_avtoreferat_azerbaycan_dilinde.pdf

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə musiqiçilər Kateqoriya:Azərbaycan Milli Konservatoriyasının məzunları Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:Azərbaycan pianoçuları Kateqoriya:Usubovlar Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:Azərbaycan musiqi pedaqoqları Kateqoriya:SSRİ pianoçuları Kateqoriya:XX əsr klassik musiqiçiləri Kateqoriya:XX əsr pianoçuları Kateqoriya:XX əsr Azərbaycan qadınları Kateqoriya:Azərbaycan professorları