Günnüt əməliyyatı — 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 1 əsgəri həlak olub.
Zəmin Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Döyüşlər "Günnüt əməliyyatı" — 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş verib. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib. Mayın 20-də Azərbaycan Ordusunun hərbçisi Adil Tatarov bu istiqamətdə gedən atışmada həlak olub. Bu barədə açıqlama verən Ermənistan Müdafiə Nazirliyi bildirib ki, "Son həftələrdə Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində Azərbaycan qüvvələri mövqelərini inkişaf etdirmək və irəli çəkmək üçün aktiv mühəndislik işləri aparırlar. Bu cür hərəkətlər cəzasız qala bilməz". Mayın 22-də Naxçıvan istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hərbçisi öldürülüb. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.
Ərazinin etibarlı müdafiəsi və təminat məqsədilə 50 km yeni yol çəkilmiş, 50 km-dən artıq yararsız yollar isə bərpa edilmişdir. Strateji əhəmiyyətli Arpaçay dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.
2019-cu ilin may ayında Ermənistan ordusunun beşinci ordu korpusunun komandanı polkovnik Andranik Piloyan Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsindəki vəziyyət barədə danışarkən bildirib ki, Azərbaycanın ötən il qurduğu mövqelərin bəziləri qışda normal təchizatı təmin etməyin mümkün olmaması üzündən boşaldılıb. Azərbaycan Müdafiə Nazirliyi Andranik Piloyanın səsləndirdiyi fikirləri inkar edərək bunların xəyal məhsulu və yalan olduğunu bildirərək onu inkar edib.
İtkilər
Azərbaycan tərəfi
İtkilərin siyahısı RütbəAdı, soyadıTəvəllüdüDəfn tarixiDəfn olunduğu yerAdil Əli oğlu Tatarov199921 may 2018Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi.
Ermənistan tərəfi Hərbi əməliyyatlar zamanı Ermənistan Silahlı Qüvvələrinin 2–3 hərbi qulluqçusu həlak olub.
İtkilərin siyahısı RütbəAdı, soyadıTəvəllüdüDəfn tarixiDəfn olunduğu yerMartin Qriqor Xaçatryan199923 may 2018?Hamlet Norayr Qriqoryan (mübahisəli)199921 may 2018?
İstinadlar
Xarici keçidlər Op-ed: On the Nakhchivan incident and possible new Karabakh negotiation format Müdafiə Nazirliyi Günnüt kəndinin işğaldan azad edilməsinə dair video yaydı
Kateqoriya:20 maydakı hadisələr Kateqoriya:Azərbaycanın döyüşləri Kateqoriya:2018-ci ildə Azərbaycan Kateqoriya:Qarabağ münaqişəsi Kateqoriya:Günnüt əməliyyatı Kateqoriya:2018-ci ildə Naxçıvan Muxtar Respublikası