Ubin adası () — Sinqapur dövlətinin ərazisinə daxil olan ada. Ölkənin şimal-şərqində yerləşir. Gözəl təbiətinə görə insanlar tərəfindən qədim zamanlardan ziyarət edilir. Hazırda isə turistik bölgə sayılır. Adada 2012-ci il məlumatına görə 38 nəfər yaşayır. Ən hündür yeri Bukit Puaka təpəsidir (75 m). İnzibati baxımından Şimal-Şərq regionuna daxildir. Adanın adı malay dilindən tərcümədə "Qranit adası" mənasını verir. Nəqliyyat Adaya Çanqi sərnişin limanından bərə ilə getmək mümkündür. Adaya 10 dəqiqə müddətində çatmaq mümükündür. Adanıl velosipedlə gəzmək olar. Burada velosipedlər kirayə edilə bilər. İstinadlar

Kateqoriya:Sinqapur adaları Kateqoriya:Cənubi Çin dənizi adaları Kateqoriya:Sinqapurun görməli yerləri