Nuriel Rubini (, 29 mart 1958-ci il, İstanbul) — amerikalı iqtisadçıdır, Nyu-York Universitetinin beynəlxalq iqtisadi münasibətlər üzrə professoru. Qlobal maliyyə problemlərində dünyadakı ən nüfuzlu mütəxəssislərdən biridir. Dünya maliyyə böhranını (2008-2012)Нуриэль Рубини, человек, который предсказал кризис , Ведомости 10.12.2008 proqnozlaşdıran , RGE Monitor şirkətinin prezidentidir. Ləqəbi Dr. Doom.
Həyatı İranlı yəhudilərin ailəsində anadan olub . İki yaşındaykən valideynləri ilə birlikdə Tehrana daha sonra isə İsrailə köçdülər. 1962-ci ildən 1983-cü ilə qədər Milanda yaşamış, Bokkoni Universitetində təhsil almışdır. Sonra Harvard Universitetində aspiranturada dərəcəsini almışdır. İngilis, İtalyan, Fars və İvrit dillərində səlis şəkildə danışır.
1982-ci ildə Milan şəhərində Bokkoni Universitetini iqtisadiyyat üzrə bitirmişdir. 1988-ci ildə Harvard Universitetini beynəlxalq iqtisadi münasibətlər üzrə bitirmişdir.
1993-cü ildə - Yel Universitetinin İqtisad Fakültəsində professor olmuşdur 1995-ci ildən indiyədək Nyu-York Universitetinin Stern School of Business-də İqtisadiyyat professorudur. 1998-ci ildə ABŞ-nin İqtisadi Məsləhətçilər Şurasında beynəlxalq işlər üzrə iqtisadçıdır. 2004-ci ildə Roubini Global Economics Monitor analitik şirkətinin İdarə Heyətinin sədridir. 2006-cı ildə ABŞda, ipoteka böhranını çıxacağını və dünya iqtisadi böhranı başlayacağını proqnozlaşdırmışdır.
Mükafatları
The New York Times qəzeti İqtisadiyyatın peyğəmbəri kimi adlandırmışdır (). Britaniyanın "Prospect Magazine" (2009) jurnalına görə Rubini , indi yaşayan 100-ə yaxın ziyalıların siyahısında ikinci yeri tutur ().Crabtree, James. Chosen #2 of world’s 100 greatest living intellectuals , Prospect Magazine, January, 2009 Foreign Policy jurnalına görə yüz böyük dünya mütəfəkkirlərinin siyahısında 4-cü yeri tutur, "Time" jurnalına görə dünyanın ən nüfuzlu 100 nəfərdən biri hesab edilir. The Times jurnalı, "Düşüncələr" kateqoriyasında planetin ən görkəmli 100 nəfərinin siyahısına yerləşdirdi. 2010-cu ildə Forbes onu dünyanın ən nüfuzlu iqtisadçısı adlandırdı.
Kitabları
Alberto Alesina, Nouriel Roubini, Gerald D. Cohen Political Cycles and the Macroeconomy. MIT Press, 1997. Нуриэль Рубини, Стивен Мим. Как я предсказал кризис. Экстренный курс подготовки к будущим потрясениям = Crisis Economics: A Crash Course in the Future of Finance. — М.: Эксмо, 2011. — ISBN 978-5-699-48479-9.
İstinadlar
Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:İran yəhudiləri Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:İtaliyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:İran şəxsləri Kateqoriya:İrandan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Makroiqtisadçılar Kateqoriya:İncəsənət kolleksiyaçıları