() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Mərkəzi və Şərqi Çində, Yaponiyada geniş yayılmışdır.

Botaniki təsviri

2–3 metr hündürlükdə yarpağını tökən koldur. Gövdələri yuxarıya doğru düz qalxır. Cavan budaqları tüklü, birillik budaqları isə çılpaq, bozumtul-yaşıl və ya qəhvəyi rəngdədir. Tumurcuqları iti, kirəmit şəklində düzülmüş pulcuqludur. Yarpaqları yumurtavari və ya yumurtavari-neştərvari, uc tərəfdən sivri, qaidəsi dairəvi və ya pazvaridir, uzunluğu 7–20 sm, eni isə 3,5–7 sm-dir. Təzə əmələ gəlmiş yarpaqları tüklü olub, sonradan çılpaqlaşır, hər iki tərəfdən parıldayan açıq-yaşıl rəngdədir. Saplaqları 0,5–0,8 sm uzunluqdadır. Zəngçiçəklərin diametri 2,5 sm olub, pulcuqlarla örtülü olur. Çiçəkləri xaricdən sarı, içəridən isə qonur-qırmızı rəngli olub, xoş ətirə malikdir. Erkəkcikləri 5–6 ədəddir. Dekabr ayında çiçəkləyir. Meyvələri silindrik, uzunluğu 5–7 sm-dir. Toxum və çiliklərlə artılır.

Ekologiyası Havanın quraqlığına və suyun çatışmazlığına pis dözür. İşıqsevəndir, ancaq kölgəyə dözür. Gilli, qidalı, yumşaq, orta nəmişli torpaqlarda yaxşı inkişaf edir.

Azərbaycanda yayılması Gəncə, Zaqatala və Abşeronda mədəni şəraitdə becərilir.

İstifadəsi Tez çiçəkləməsinə, ətirli, gözəl və rəngli çiçəklərinə görə park və bağlar üçün qiymətli koldur

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:Çin florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Mərkəzi Asiya florası Kateqoriya:Şərqi Asiya florası