Bayram Mirabbas oğlu Heydərov () — Zəngi Liseyinin qurucusu və ilk direktoru, pedaqoq, "Şöhrət" ordenli (2010), əməkdar müəllim.

Həyatı və təhsili Bayram Heydərov 22 mart 1956-cı ildə Zəngibasar rayonunun Dəmirçi kəndində anadan olub. Orta təhsilini həmin kənd məktəbində alıb, daha sonra Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sonrakı illərdə Novosibirsk Dövlət Universitetində aspirantura və ixtisasartırma təhsili keçib, differensial tənliklər sahəsi üzrə elmlər namizədi elmi dərəcəsi alıb.

1988-ci ildə Azərbaycana qayıdaraq AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətini davam etdirib. Burada həm nəzəri, həm də tətbiqi istiqamətli işlərlə məşğul olub.

1990-cı illərin əvvəllərində müdafiə və təhsil sahələri ilə bağlı təşəbbüslərdə iştirak edib, elmi və kadr potensialının formalaşdırılması istiqamətində fəaliyyət göstərib.

Onun təşəbbüsü və institut rəhbərliyinin dəstəyi ilə Riyaziyyat və Mexanika İnstitutunun nəzdində "Zəngi" adlı kiçik dövlət müəssisəsi yaradılıb. Bu müəssisədə orta məktəblər üçün kitablar hazırlanıb, müxtəlif müəssisələr üçün avtomatik idarəetmə sistemləri və ölçü cihazları işlənib.

Azərbaycan SSR Milli Elmlər Akademiyasında çalışmışdır. Differensial Tənliklər üzrə dissertasiya müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Bir neçə məktəbdə riyaziyyat müəllimi olaraq çalışmışdır. 1992-ci ildə Azərbaycanda 4 təmayül üzrə təhsil verən ilk lisey olan "Zəngi" liseyini yaratmışdır. 1992-ci ildən vəfatına qədər həmin liseyin direktoru olmuşdur.

Təltifləri Azərbaycan Respublikasının əməkdar müəllimi (2005) "Şöhrət" ordeni (2010)

Ölümü 18 avqust 2018-ci il tarixdə 62 yaşında vəfat etmişdir.

İstinadlar

Mənbələr "Respublika" qəzeti, 28.09.2018-ci il nömrəsi "Vedibasar" qəzeti, 28.09.2018-ci il 19056-cı nömrəsi "Azərbaycan" qəzeti 27.09.2018-ci il nömrəsi