Mahmud Məlmasi-Azarm — azərbaycanlı şair və alim. Hümam Təbrizinin nəslindəndir.

Həyatı Mahmud Məlmasi-Azarm, 1917-ci ildə Təbriz şəhərində anadan olmuşdur.

Seyid İbrahim Darvazeyenin qızı ilə ailə həyatı qurmuşdur. 5 oğlan (Ələddin, Rüknəddin, Ziyaləddin, Firudin və Fərrux) və 1 qız olmaqla 6 övladı olmuşdur. Təhsili Hələ 5 yaşı olarkən oxuma və yazmanı öyrənmişdir. İlkin dövrlərdə müəllimi atası olmuşdur, lakin sonrakı dövrlərdə müəllimi Mirzə Möhsün Ədib Üləma olmuşdur. 9 yaşı olarkən Sədinin Gülüstan əsərini, 13 yaşı olarkən isə Kəlilə və Dimnə əsərini oxuyub bitirmişdir. Həyatının bu dövrlərində fars dilli və azərbaycan dilli ədəbiyyatı öyrənmişdir. Ölümü 1991-ci ilin 23 iyununda vəfat etmişdir. Şüəra məqbərəsində dəfn edilmişdir. İstinadlar

Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:Şairlər məqbərəsində dəfn olunanlar Kateqoriya:İran azərbaycanlısı şairlər